PDF Oxu

Sosial

  • 19

Minimum əmək haqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir

Minimum əmək haqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir

Məlum olduğu kimi, Prezident İlham Əliyev minimum aylıq əmək haqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, minimum aylıq əmək haqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq, 93,5 manat müəyyən edilib. Qeyd edək ki, bu Sərəncamla "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1078 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilib. Məsələyə münasibətini öyrəndiyimiz Bakı şəhər sakinləri dövlət başçısının minimum əmək haqlarının artırılması ilə bağlı Sərəncamı, ümumiyyətlə, respublika iqtisadiyyatının gündən-günə daha da inkişaf etməsini müsbət qarşıladıqlarını bildirdilər.


Rafiq Quliyev,

təqaüdçü:


- Prezident İlham Əliyevin minimum əmək haqlarının artırılması haqqında imzaladığı Sərəncam məni də bir ölkə vətəndaşı kimi çox sevindirdi. Prezidentin imzaladığı Sərəncam bizdə əminlik yaradır ki, hər bir Azərbaycan vətəndaşının güzəranı günü-gündən daha da yaxşılaşacaq. İldən-ilə dövlət büdcəmizin vəsaitlərinin artması onu göstərir ki, Azərbaycan inkişaf etməkdə davam edir. Məhz bu uğurlu göstəricilərə görə, respublikamız nəinki Cənubi Qafqaz regionunun, həmçinin, postsovet məkanının lider ölkəsinə çevrilib. Əmək haqlarının və təqaüdçülərin təqaüdlərinin artırılması məni təqaüdçü kimi çox sevindirir. Bütün bunlara görə, Prezident İlham Əliyev cənablarına minnətdarlığımı bildirirəm.


Tofiq Sarıyev,

iqtisadçı:


- Bir iqtisadçı kimi, əvvəlcə onu demək istəyirəm ki, Azərbaycanın müstəqilliyinin bərpasından ötən 20 il ərzində ölkəmizdə yoxsulluğun səviyyəsi 67%-dən 9%-ə, işsizliyin səviyyəsi isə 17%-dən 5,7%-ə enib. Bu, əhalinin sosial müdafiəsi ilə bağlı dövlətin yürütdüyü uğurlu siyasətin nəticəsidir. 2003-cü ildən bəri Azərbaycanda 930 min yeni iş yeri açılıb. Hər il olduğu kimi, 2012-ci ildə də dövlət büdcəsində sosial-müdafiə sahəsinə ayrılan vəsaitlərdə artım gözlənilir.

Ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas məqsəd vətəndaşların yaşayış durumunu yaxşılaşdırmaqdır. Bununla bağlı dövlətin xüsusi sosial proqramları var. Bunlar müavinət sistemləri, ünvanlı dövlət sosial yardımlardır. Bu proqramlar konkret kateqoriyalardan olan insanların maddi rifahını yaxşılaşdırmaq üçün həyata keçirilir. Prezident İlham Əliyevin əmək haqlarının artırılması ilə bağlı imzaladığı Sərəncam da bu istiqamətdə verilmiş qərarlardandır.


Hüseyn Hüseynzadə,

təqaüdçü:


- Təbii ki, minimum əmək haqlarının artırılması müsbət haldır. Əhalinin aldığı məvacib nə qədər yüksək olarsa, o qədər yaxşıdır. Ulu Öndər Heydər Əliyev hər zaman əhalinin qayğısına qalıb, onların sosial müdafiəsinin gücləndirməsi istiqamətində qərarlar verib. Bu gün ölkə başçısı İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Prezident hər zaman əhalinin sosial vəziyyəti ilə maraqlanıb, vətəndaşların problemlərinin həlli istiqamətində müvafiq addımlar atıb. Məhz bunun nəticəsidir ki, xalqımız bu işləri qiymətləndirərək, 2003-2008-ci illərdə keçirilən prezident seçkilərində Prezident İlham Əliyevə səs verib. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Bu gün əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidenti olmağı bacardı. Yəni O öz vədinə əməl etdi. Mən də öz adımdan və ailə üzvlərim adından Prezident İlham Əliyev cənablarına öz dərin təşəkkürümü bildirirəm.


Rzaqulu Ağasıyev,

Bakı şəhər sakini:


- Vaxtı ilə müxtəlif vəzifələrdə çalışmışam, hazırda isə təqaüdçüyəm. Mən sovet dövründə belə dövlətin əhaliyə bu qədər diqqət göstərməsinin şahidi olmamışam. Bu gün ölkə vətəndaşları hərtərəfli qayğı ilə əhatə olunub. Bu, onu göstərir ki, 1993-cü ildən etibarən Azərbaycanda uğurlu siyasət həyata keçirilir. Sözsüz ki, bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və indi də uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı qəbul edilib. Qeyd olunan proqramların icrası nəticəsində regionlarda, əyalətlərdə yaşayan vətəndaşlarımızın problemləri həll edilib. Bakıda və eyni zamanda, regionlarımızda istər dövlət büdcəsi, istərsə də Heydər Əliyev Fondunun vəsaiti hesabına yüzlərlə məktəb inşa edilib. Yəni, elə bir sahə olmasın ki, orada dövlətin diqqət və qayğısı hiss olunmasın. Bu, hər bir azərbaycanlını sevindirir və vətəndaşların dövlətə olan inamını daha da artırır.


Nəriman Əmirov,

Bakı şəhər sakini:


- Ölkə başçısı çox sağ olsun ki, minimum əmək haqlarının, təqaüdlərin artırılması ilə bağlı qərarlar verir. Azərbaycanın iqtisadiyyatının inkişafını bu gün hər bir vətəndaş, Azərbaycan ailəsi hiss etməkdədir. Əmək haqlarının dekabrın 1-dən 10 faiz artırılması müsbət bir haldır. Prezident istəyir ki, hər bir azərbaycanlının sosial vəziyyəti yaxşı olsun. Bu istiqamətdə də dövlətimiz uğurlu işlər aparır. Mən şəhər sakini olaraq, həm də ona sevinirəm ki, əhalinin sosial müdafəsinin gücləndirilməsi ilə yanaşı, ölkəmiz, xüsusən, paytaxtımız günü-gündən gözəlləşməkdədir. Yəni Azərbaycanda həm sosial sahədə, həm də quruculuq-abadlıq sahəsində uğurlu işlər həyata keçirilməkdədir. Buna görə, ölkə Prezidentinə minnətdarlığımı bildirirəm.

GÜLYANƏ AĞAKƏRİMOVA,

ANAR MƏCİDZADƏ

Digər xəbərlər