PDF Oxu

Sosial

  • 31

Ulu Öndər Heydər Əliyev  Azərbaycan xalqının əbədiyaşar lideridir

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar lideridir

Dünən Kürdəmir rayon icra hakimiyyəti YAP Kürdəmir rayon təşkilatı ilə birgə Ulu Öndərin anım günü ilə bağlı elmi-praktik konfrans keçirib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti aparatının işçiləri, YAP rayon təşkilatının şura üzvləri və fəalları, rayon ictimaiyyətinin nümayəndələri, idarə- müəssisə rəhbərləri, rayon ağsaqqalları, ziyalılar, gənclər iştirak ediblər.

Konfransdan əvvəl tədbir iştirakçıları Heydər Əliyev Parkında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzinin konfrans zalında öz işinə başlayan tədbirdə iştirakçılar dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Konfransı giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açaraq bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 8 il ötür: "Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti - Azərbaycanı bizə ərməğan etdi. Ulu Öndər Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığın inkişafına xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi".

Elmi-praktik konfransda "Dahi şəxsiyyət, müdrik insan, əbədi lider" mövzusunda şəhər 1 saylı orta məktəbin direktor müavini, əməkdar müəllim Rəfail Məmmədov, "Zəmanəmizin görkəmli siyasətçisi" mövzusunda rayon ziyalılar cəmiyyətinin sədri, rayon poliklinikasının müdiri Sabir Novruzov, "Heydər Əliyev Fondu - Ulu Öndərin humanist siyasətinin davamçısı" mövzusunda rayon təşkilatının şura üzvü, Uşaq İncəsənət Məktəbinin direktoru Qəndaf Zülfüqarova, "Heydər Əliyevin vətənpərvərliyi müasir gənclər üçün örnəkdir" mövzusunda rayon gənclər və idman idarəsinin rəis müavini Qalib Baxşiyev məruzə edi. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycanın quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləyiblər. Sonra konfrans iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çəkilmiş "Şəxsiyyət" filminə tamaşa edib.


R.Hüseynova

Digər xəbərlər