PDF Oxu

Sosial

  • 26

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup üzvü Heydər Əliyev Fondunu ziyarət etdi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup üzvü Heydər Əliyev Fondunu ziyarət etdi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəalları və partiya sıralarına yeni daxil olmuş bir qrup gənc Heydər Əliyev Fondunda olublar.

Ulu öndər Heydər Əliyevin 12 dekabr - anım günü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilibdir. Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu dahi şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulubdur.

Fond elm, təhsil, mədəniyyət, səhiyyə və başqa sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir. Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, görkəmli siyasi xadim haqqında yazılan kitablar qonaqlarda böyük maraq doğurubdur.

Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş fotoşəkillər, iş otağındakı əşyalar qonaqlarda zəngin təəssürat yaradıbdır.

Fondla tanışlıqdan sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən "Böyük ömrün anları" filmi nümayiş olunubdur.

Digər xəbərlər