PDF Oxu

Sosial

  • 8

“Yeni Azərbaycan Partiyası çox çətin və şərəfli bir yol keçib”

“Yeni Azərbaycan Partiyası çox çətin və şərəfli bir yol keçib”

Dekabrın 27-də Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının 8-ci konfransı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Toplantıda müasir, müstəqil Azərbaycan dövlətinin banisi,Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra rayon təşkilatının sədri Rəfail Pəsiyev hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, sıralarında 3517 nəfər üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının ərazi ilk təşkilatlarının sayı 52-yə çatmışdır. Yeni Azərbaycan Partiyası üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi fəallıq nümayiş etdirirlər. Konfransda Nəzarət Təftiş qrupunun sədri Aslan Abdullayevin hesabatı dinlənilmişdir.

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev Yeni Azərbaycan Partiyasının çox çətin və şərəfli bir yol keçdiyini, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını, 2013-cü ildə keçiriləcək Prezident seçkilərində İlham Əliyevin Yeni Azərbaycan Partiyası üzvlərinin yeganə namizədi olduğunu diqqətə çatdırmışdır. Çıxışlarda YAP üzvlərindən Tofiq Sadıqov, Gülbəniz Qasəmova, Sabir Mustafayev, Xuraman Rüstəmova və başqaları çıxış etdilər.

Milli Məclisin deputatlarından Aydın Mirzəzadə, Tahir Rzayev, həmçinin YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu konfransda çıxış edərək, partiyanın dövlət siyasətinə daim dəstək verdiyini, təşkilatın bundan sonra da qabaqcıl, mübariz təşkilat kimi öz işini uğurla davam etdirəcəyinə əminliklərini ifadə etmişlər. Beyləqan rayon icra hakimiyyəti başçısı İrşad Əliyev Yeni Azərbaycan Partiyasının 19 il əvvəl tarixi zərurətdən yarandığını, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında partiya üzvlərinin fəal rol oynadıqlarını bildirmiş, son illər rayonda aparılmış genişmiqyaslı abadlıq və quruculuq işlərindən danışmışdır.

Sonra konfransın qətnamə layihəsi oxunmuş, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının yeni tərkibi seçilmişdir. Rəfail Şamxal oğlu Pəsiyev yenidən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri seçilmişdir.

Konfransda həmçinin 31 nəfərdən ibarət şura,13 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvləri seçilmişdir. Toplantıda Azərbaycan Respulikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilmişdir.


GÜLYANƏ

Digər xəbərlər