Dünən Gədəbəy rayonunun Çalburun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və rayon icra hakimiyyəti başçısı Kamran Rzazadənin iştirakı ilə 2011-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. İlk öncə RİH başçısının Çalburun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Abdullayev hesabat məruzəsi ilə çıxış edib. A.Abdullayev hesabat məruzəsində əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi sayəsində əldə olunmuş nailiyyətlərdən danışıb. Məruzədə xüsusilə ölkənin ötənilki sosial-iqtisadi inkişafından bəhs edərək, bildirib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, ölkə Prezidenti İlham Əliyev cənablarının yüksək qayğısı sayəsində Gədəbəy rayonunda da quruculuq-abadlıq işləri sürətlə aparılır, kəndarası yollar, mədəniyyət obyektləri, yeni məktəblər tikilir və bir çox məktəblər əsaslı təmir olunur. Natiq, həmçinin, Çalburun kənd tam orta məktəbinin əsaslı təmir olunması haqqında da geniş məlumat verab.
Hesabat məruzəsi ətrafında çıxış edən Çalburun kənd tam orta məktəbinin direktoru Məhəmməd Əkbərov çıxışında məktəbin əsaslı təmiri ilə yanaşı, bütün sinif otaqlarının müasir avadanlıqlarla təchiz edildiyindən, müəllimlərin əmək haqlarının artırılmasından danışaraq, bu yüksək qayğıya görə məktəbin kollektivi adından ölkə Prezidentinə öz minnətdarlığını bildirdi.
Hesabat məruzəsi ətrafında kənd sakinlərindən Fatma Hüseynova, Namiq Bağırov və İslam Əkbərov öz çıxışlarında Çalburun kənd ərazi dairəsi üzrə nümayəndəsi Azər Abdullayevin 2011-ci il ərzində gördüyü uğurlu işlərdən danışaraq, onun fəaliyyətini qənaətbəxş hesab etdilər.
Sonda Gədəbəy RİH-in başçısı Kamran Rzazadə rayonda ötən il ərzində aparılan abadlıq və yenidənqurma işlərindən də geniş bəhs etdi. Daxili imkanlar hesabına məhəllələrin abadlaşdırıldığı, yeni istirahət guşələrinin yaradıldığını, yollar çəkildiyini, təhsil və səhiyyə müəssisələrinin təmir olunduğunu, istilik sistemlərinin bərpası istiqamətində işlərin davam etdirildiyini bildirib. Rayon rəhbəri onu da vurğulayıb ki, sosial-iqtisadi sahədə qazanılan uğurlar Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq edir: "Ölkə Prezidenti İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində dövlət büdcəsinin ümumdaxili məhsulu yüksək surətlə artmış, yoxsulluq faizi 9 faizə qədər azalıb, əhalinin pul gəlirləri, əmək haqlarının, pensiyaları artmışdır".
Yekunda kənd sakinləri, ağsaqqallar, kənddə onlar üçün yaradılmış şəraitə görə bir daha öz minnətdarlıqlarını bildirdilər.
R.HÜSEYNOVA