PDF Oxu

Sosial

  • 8

“Yanvar faciəsi-22”

“Yanvar faciəsi-22”

Dünən 20 yanvar şəhidi İsbəndiyar Zülalovun adını daşıyan Masallı rayon İsgəndərli kənd tam orta məktəbində "Yanvar faciəsi-22" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları, ilk öncə, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İsgəndərli kənd tam orta məktəbinin direktoru Yeganə İsmayılova tədbirdə çıxış edərək, Azərbaycan xalqının tarixinə "Qanlı yanvar" kimi daxil olmuş, hadisələrdən danışmış, milli azadlıq yolunda canlarından keçmiş vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazdıqlarını vurğulamışdır. Sonra natiq qeyd etmişdir ki, faciədən sonra o vaxtkı rəhbərlikdən bir nəfər belə olsun Moskvaya etirazını bildirmədi: "Amma hər zaman Aərbaycan xalqının qəlbində yaşayan Ümummilli Liderimiz Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, öz etirazını bildirmiş, faciəni törədənlərin cəzalandırılmasını istəmişdi. Sonradan Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət vermişdi".

Tədbirdə məktəbin müəllimlərindən Firəngiz Niftiyeva, Museyib Əkbərov və başqaları çıxış edərək, bildirdilər ki, 20 yanvarda Azərbaycan xalqına vurulan zərbə, edilən təcavüz başları hakimiyyət uğrunda mübarizəyə qarışmış o vaxtkı Azərbaycan rəhbərlərinin təqsirkar əməlləri üzündən ört-basdır edildi, faciəyə siyasi qiymət verilməsi ləngidildi. Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Onun təşəbbüsü və bilavasitə iştirakı ilə bu qanlı faciə araşdırıldı və öz qiymətini aldı. Çıxış edənlər, onu da vurğuladılar ki, 20 Yanvar faciəsi Azərbaycanın tarixində həm matəm, həm də qəhrəmanlıq günü kimi qeyd olunur. Çünki 20 Yanvar faciəsi xalqın azadlıq mübarizəsinin tarixi səhifəsidir.

Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər