PDF Oxu

Sosial

  • 9

Mətbuat Şurasında qəzet satışı sahəsindəki problemlər müzakirə edilib

Mətbuat Şurasında qəzet satışı sahəsindəki problemlər müzakirə edilib

Mətbuat Şurasında keçirilən görüşdə qəzet satışındakı problemləri birgə həll etmək üçün müzakirələr aparılıb. SİA-nın xəbərinə görə, bu işlə bilavasitə məşğul olan MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadədən ibarət qrupun başlıca məqsədi mövcud istiqamətdəki problemlərin həlli ilə bağlı təkliflər paketi hazırlamaqdır. Umud Rəhimoğlu bildirib ki, mətbuat orqanları ilə mütəmadi olaraq danışıqlar aparılır ki, tutarlı arqument əldə olunsun. Bununla bağlı bütün mətbuat orqanlarına məlumat verildiyini deyən direktor müavini vurğulayıb ki, qrup paytaxtın ayrı-ayrı rayonlarında mətbu vasitələrin satışının həyata keçirilməsi sahəsindəki mövcud tendensiyaları nəzərdən keçirəcək, xüsusən qəzetlərin əldə yayılması ilə bağlı ortaya çıxan çətinlikləri araşdıracaq. Onun sözlərinə görə, bunun üçün qrupun üzvlərinin yerlərdə, icra hakimiyyətlərində və digər müvafiq instansiyalarda görüşlərinin keçirilməsi də planlaşdırılır.

MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Mətbuat Şurasına səyyar qəzet satışı sahəsindəki poblemlərlə bağlı bəzi redaksiyalardan və ayrı-ayrı qəzet satıcılarından müraciətlər daxil olub: "Şura bu müraciətləri nəzərə alaraq bu il yanvarın əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Müraciətdə mövcud istiqamətdəki vəziyyətin qanuni mexanizminin formalaşdırılmasına kömək göstərmək xahiş olunub. Şura sözügedən məsələ ilə bağlı ölkədəki yayım firmalarının nümayəndələri, redaksiyaların təmsilçiləri ilə məsləhətləşmələr aparıb, səyyar satış işinin hüquqi tənzimlənməsindəki mümkün variantları nəzərdən keçirib".

Görüşdə qəzet satışları ilə məşğul olan mətbuat yayımları əl satışı və ya satışın digər istiqamətlərində mövcud olan problemlər barədə ətraflı müzakirələr aparıb və təkliflərini bildiriblər.

Digər xəbərlər