PDF Oxu

Sosial

  • 7

İranın “İmdad” təşkilatı Ermənistanın imdadına çatır

İranın “İmdad” təşkilatı Ermənistanın imdadına çatır

Və ya bir ildə xərclənən 28,5 milyonla bir gündə xərclənən 65 milyon dolların fərqli xüsusiyyəti

Bildiyimiz kimi, Azərbaycanda bir çox xarici dövlətlərin müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndəlikləri fəaliyyət göstərirlər. Həmin təşkilatların fəaliyyət sistemləri əsasən ictimai, mədəni, sosial əsaslara söykənir ki, bu da sözügedən təşkilatların Azərbaycana olan marağından irəli gələn amil kimi dəyərləndirilir. Lakin elə təşkilatlar da var ki, onların fəaliyyətləri, bir qayda olaraq, siyasiləşmiş, hətta anti-Azərbaycan meyilli hərəkətlərlə müşahidə olunur ki, bu da, təbii olaraq, ictimaiyyətin kəskin qınaqlarına səbəb olur. Buna misal kimi ölkənin radikal müxalifət düşərgəsi ilə gizli və aşkar iş birliyi quran bəzi Qərb ictimai-siyasi dairələrinin sifariş xarakterli fəaliyyətlərini göstərmək mümkündür. Onlar bir çox məsələlərdə radikal müxalifət düşərgəsinə tapşırıqlar verir, bunun müqabilində onlara maliyyə donorluğu edirlər. Məqsəd isə birdir: ölkədə yaranmış sabitliyi mümkün qədər pozmaq və s.


"İmdad" komitəsinin Azərbaycandakı

fəaliyyəti İranın təbliğat maşınının hesabına

kifayət qədər aktuallaşıb və siyasiləşib


Ancaq məsələnin digər tərəfi də mövcuddur ki, bu da sözügedən anti-Azərbaycan meyilli Qərb dairələrindən heç də fərqli olmayan İran təşkilatlarının anti-Azərbaycan fəaliyyətidir. Düzdür, həmin təşkilatlar özlərini qeyri-dövlət təşkilatları kimi, yaxud da insani, humanist yardım təşkilatları kimi təqdim etsələr də, burada İranın hakim dairələrinin əli olmasını bir çox faktlarla sübuta yetirmək mümkündür. Belə ki, İran İslam Respublikasında fəaliyyət göstərən İmam Xomeyni adına "İmdad" komitəsinin Azərbaycandakı fəaliyyəti İranın təbliğat maşınının hesabına kifayət qədər aktuallaşıb və siyasiləşib. Amma son vaxtlar Azərbaycanda da 19 ilə yaxın təmsilçiliyi olan "İmdad" komitəsinin ölkəmizdə keçirdiyi aksiyalar zamanı və ondan sonra müəyyən hərəkətlərin baş verməsi və bu hərəkətlərin İranın mətbu orqanlarında işıqlandırılması Azərbaycanın müvafiq orqanlarının "İmam" Xomeyni adına "İmdad" komitəsinin ölkə ərazisindəki fəaliyyətinə diqqət ayırmağa vadar etmişdir. Bu da İran təbliğat maşınının hesabına siyasiləşməsinə əlavə şərait yaratmışdır.

Belə ki, İmam Xomeyni adına "İmdad" komitəsinin Azərbaycandakı fəaliyyətinin miqyası və onun İran mətbuatında işıqlandırılmasını iki məqam üzrə təqdim etmək mümkündür. İlk növbədə, "İmdad" komitəsi sözdə islami prinsiplərlə işləyir. Yardım etmədə islam dinimizin şərtləri aydın və kəskindir. İslami yardımın prinsiplərini "müsəlmanın sağ əlinin verdiyindən sol əlinin xəbəri olmamalıdır" deyimi aydın ifadə edir. Ancaq İranın mətbu orqanları "İmdad" komitəsinin Azərbaycan Respublikasında hər bir addımını dönə-dönə və qərəzli şəkildə işıqlandırırlar.


İran xristian, qaniçən, terrorçu və islam düşməni olan qonşusunun dininin və dövlətçiliyinin qorunması naminə, hətta öz dinini və dövlətçiliyini qurban verməyə hazırdır


İkinci məqam isə rəqəmlərlə bağlıdır. Belə ki, təqdim olunacaq rəqəmləri məhz İran televiziyası təbliğ edib. Məsələ ondadır ki, İmam Xomeyni adına "İmdad" komitəsinin beynəlxalq məsələlər üzrə müavini İranın Azərbaycana qarşı təbliğat üçün yaradılmış televiziyasında çıxış edərkən, bu rəqəmləri açıqlayıb: "İmdad" komitəsi il ərzində İran ərazisində 200 milyon dollar vəsait toplayır. Azərbaycan Respublikasında fəaliyyət göstərdikləri 18-19 il ərzində hər il Azərbaycana 1,5 milyon dollar məbləğində vəsait xərclənib. Bütün xərclər, yəni İranın Bakıdakı xəstəxanasının maliyyələşməsi, qaçqınlara edilən yardımlar, gəlinlərə cehizlik üçün ayrılan vəsait, qurban və digər dini bayramlar üçün verilən vəsaitlərin hamısı bura daxildir. Eyni zamanda, burada radikal dini qruplaşmalara ayrılan vəsaitləri də nəzərə almaq lazımdır. Çünki onların "hicab" aksiyaları və digər bu kimi hay-küyləri boş yerdən qaynaqlanmır.

İldə 1,5 milyon dolları 18-19 ilə, lap dəqiq, 19 ilə vursaq, 28,5 milyon dollar məbləğ alınır. Başqa sözlə, İran İslam Respublikasının İmam Xomeyni adına "İmdad" komitəsi ağır müharibə görmüş, 1 milyon qaçqını olan müstəqil Azərbaycana 28,5 milyon yardım etmişdir. Və bu rəqəmi ötən ilin Novruz bayramı ilə əlaqədar Ermənistan prezidentini və onun nazirlərini İrana gətirmək üçün İranın prezidenti M.Əhmədinejadın ayırdığı 65 milyon dollarlıq yardımla müqayisə etsək, aydın mənzərə alınır. Yəni bu müqayisə barədə, daha dəqiq desək, bir dənə də olsun İran rəsmisi və ya təbliğatçısı İranın Ermənistana 65 milyon milyon dollarlıq yardım etməsi barədə danışmayıb. Eləcə də, bu adamlar 2011-ci ilin dekabrın 23-də M.Əhmədinejadın Yerevana səfəri zamanı İranla Ermənistan arasında imzalanmış anlaşma memorandumunun birinci maddəsi barədə də danışmırlar. Həmin anlaşma memorandumunda birinci maddə İranın Ermənistana yardımı haqqındadır. Söz yox, hələ ki, bu yardımın miqdarı barədə mətbuatda heç nə deyilməyib.

Burada İranın Azərbaycana və Ermənistana etdiyi yardımların müqayisəli təhlili təqdim olundu. Ancaq həmin rəqəmlər bununla da bitmir. Məsələn, 20 il ərzində İranın Ermənistana təqdim etdiyi investisiya layihələrinin miqdarı 20 il ərzində ABŞ-ın Ermənistana ayırdığı 1,3 milyard dollara bərabərdir. Burada istər-istəməz bir nüans yaranır ki, əgər İranın qonşuluğunda yaşamaq istəyirsənsə, gərək xristian olasan. Yəni İran xristian, eləcə də, qaniçən, terrorçu və islam düşməni olan qonşusunun dininin və dövlətçiliyinin qorunması naminə, hətta öz dinini və dövlətçiliyini qurban verməyə hazırdır.


R.RƏSULOV

Digər xəbərlər