PDF Oxu

Sosial

  • 7

Bakıətrafı qəsəbələr abadlaşır, inkişaf edir

Bakıətrafı qəsəbələr abadlaşır, inkişaf edir

Dünən Şıx çimərlik zonasında yerləşən "Ramada" istirahət mərkəzində Səbail rayon icra hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 2011-ci ilin yekunlarına həsr olunmuş yığıncağı keçirilibdir. Toplantıda keçən il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunmuş və 2012-ci il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış eədən Səbail rayon icra hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Anar Həsənli qəsəbədə görülən işlər və həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi.

Sonra qəsəbənin kommunikasiya sisteminin - elektrik, qaz, su, yol və telefon təminatı sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə danışdı.

Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov yığıncaqda çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıbdır. A.Əsgərov 2011-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. O, bidiribdir ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yollar, qəsəbədəki 50 saylı orta məktəb və kitabxana əsaslı təmir olunacaq, qəsəbənin su və kanalizasiya sistemi yenidən qurulacaqdır.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıbdır.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər