PDF Oxu

Sosial

  • 14

Qar füsunkar gözəllikdir

Qar füsunkar gözəllikdir

Bakımıza qar yağdı! Gözəl şəhərimiz təbiətin bu möcüzəsindən ağ libas geyinmişdir Arabir buludların arasından boylanan günəşin ilıq şüaları süzüldükcə, hər tərəf almaz kimi par-par parıldayır, gözləri qamaşdırır. Bu əsrarəngiz mənzərənin öz özəlliyi, öz gözəlliyi vardır. Abad küçələr, geniş prospektlər boyunca düzülən müasir görkəmli, bir-birindən yaraşıqlı binalar, parklar, bağlar, xiyabanlar ağ örpəyə bürünmüşdür.

Qar Azərbaycana, onun paytaxtı Bakı şəhərinə sevinc, fərəh gətirmişdir. Hamı təbiətin bu nadir gözəlliyindən zövq alır. Hər yerdə əhval-ruhiyyə yüksəkdir. Adamlar dəstə-dəstə bu saf, sağlam havada müasir parklarda asta-asta gəzişir, söhbət edir, uşaqlar isə sevinclərini ora-bura qaçmaqla, qartopu oynamaqla büruzə verirlər.


Heç bir problem yaşanmır


Yağan qar füsunkar gözəlliklə yanaşı, paytaxtımıza müəyyən qayğılar da gətirmişdir. Müvafiq strukturlar qarlı-şaxtalı hava şəraitinin yaratdığı təbii problemlərin aradan qaldırılması, hər şeyin nizamlı olması, yolların təmizlənməsi, nəqliyyatın aramsız işləməsi, işıq və qaz çətinliklərinin olmaması üçün gecə-gündüz gücləndirilmiş iş rejimində çalışırlar.

Belə bir şaxtalı hava şəraitində Bakı və paytaxtətrafı rayonlarda müvafiq strukturlar tərəfindən əhaliyə qaz və elektrik enerjisini davamlı olaraq verilməsi bir daha onu deməyə əsas vedi ki, müəyyən dairələrin Bakının qışa hazırlıqlı olmaması haqqında dediyi fikirləri tamamilə qərəzlilik təşkil edib. Çünki belə olan şəraitdə, sözügedən dairələrin yalanları ifşa olunur, onların hansı niyyətə sahib olduqları bir daha özünü göstərir. Və bütövlükdə, nəinki Bakıda, eləcə də, regionlarımızda heç bir ciddi fəsadlar yaşanmamışdır. Bu isə, bir daha onu deməyə əsas verir ki, ölkədə qışa hazırlıq prosesi öz uğurlu nəticələrini məhz bu günlərdə göstərdi.

Avropa və qonşu

dövlətlər şaxta və qarla mübarizədə aciz qaldığı halda...


Məhz qonşu dövlətləri - Gürcüstanı, Ermənistanı götürsək, görərik ki, hazırda şaxtalı və qarlı havaların fəsadları həmin ölkələrə öz mənfi nəticələrini kifayət qədər göstərmişdir. Belə ki, təkcə Ermənistanda bölgələrin 91 %-ində nə qaz, nə də ki, işıq mövcuddur. Hətta Ermənistana yardım edən İran tərəfi belə həmin dövlətin sərhədyanı bölgələrinə elektrik enerjisi və mavi yanacağı verməkdə acizlik göstərir. Yalnız hökumət dairələrinə məxsus binalarda müəyyən fasilələrlə enerji təminatı həyata keçirilir. Paytaxt Yerevan olmaqla bütün şəhər və qəsəbələrin yolları buz bağlamış, ictimai nəqliyyat təmin edilməmiş, bazar və dükanlar öz fəaliyyətlərini dayandırmağa məcbur olmuşdur.

Gürcüstanda da vəziyyət ürəkaçan deyil. Belə ki, ötən on gün müddətində 60 min ev qazsız və işıqsız qalmış, əhali öz istiliklərini təmin etmədən ötrü odun və digər yanacaq vasitələrindən istifadə etməyə məcbur qalmışdır.

Avropada, xüsusilə, Rusiyada, Polşada, Baltikyanı ölkələrdə, Çexiyada, Rumıniyada və digər bu kimi dövlətlərdə güclü şaxta və aramsız yağan qar şəhər və qəsəbələri iflic etmişdir. Qaz və elektrik enerjisi uzunmüddətli fasilələrlə verildiyindən, əhali müxtəlif üsullardan istifadə edərək, öz istiliklərini təmin etmək məcburiyyətindədir.

Bu isə bir daha söyləməyə imkan verir ki, "Bakıya qar yaraşmır" deyən bəzi şəxslərin, dairələrin budəfəki hesabları da düz çıxmadı. Çünki Bakıya qarın yaraşması özünü bütün gözəlliyi və füsunkarlığı ilə ehtiva etdi.


RÖVŞƏN

Digər xəbərlər