PDF Oxu

Sosial

  • 11

Fars rejimi hansı dinə xidmət edir?

Fars rejimi hansı dinə xidmət edir?

Son vaxtlar İranın təbliğat maşınının Azərbaycana qarşı yürütdüyü siyasət, İran mətbuatında Azərbaycan əleyhinə aparılan təbliğat, ayətullahların təhdidləri sözdən əmələ keçib. Azərbaycana qarşı təbliğat kampaniyasında yeni variantlar, metodlar tətbiq olunmağa başlanıb. İranın Azərbaycan dövlətçiliyinə qarşı ortalığa qoyduğu yeni bir variant da kiber hücumlar oldu.

İran Azərbaycanın inkişafını özünün ərazi bütövlüyünə təhlükə hesab edir


Yanvarın 17-də İrandan Azərbaycanın dövlət və ictimai saytlarına təşkil edilən haker hücumu nəticəsində ölkənin nüfuzlu dövlət qurumları, xəbər agentliklərinin də aralarında olduğu 25 sayt zərər çəkib. İranın bu kimi addımlar atmasının əsas səbəblərindən biri odur ki, İran qüdrətlənən, bölgədə söz sahibinə çevrilən Azərbaycanın inkişafını həzm edə bilmir. İran Azərbaycanın uğurlu xarici və daxili siyasətini, iqtisadi uğurlarını özünün ərazi bütövlüyünə təhlükə hesab edir. Fars rejimini idarə edənlər düşünürlər ki, Azərbaycanın bu cür inkişafı, dünyada artan nüfuzu, gec-tez Cənubi Azərbaycanda yaşayan soydaşlarımız üçün də cəlbedici olacaq və onların Azərbaycana rəğbətlərini artıracaq. Bütün bunları diqqətə alan İran həmişə çalışıb ki, Azərbaycanla bağlı problemlər olsun, dövlətçilik inkişaf etməsin. İran Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən belə öz məqsədləri üçün istifadə edir. Tehranın Azərbaycan üzərində basqılarını artırmaq, Azərbaycan adlı dövlətin inkişafı üçün əngəllərin uzunmüddətliliyini təmin etmək üçün Ermənistanla münasibətləri daim inkişaf etdirir, iqtisadi, hərbi, mədəni və təhlükəsizlik sahələrində münasibətləri daha da gücləndirir.


İranın "din" təxribatı baş tutmadı


İran əvvəllər də hicab və ya digər dini ayinlərlə bağlı məsələni ortalığa atsa da, bunlar nəticə vermədi. Dini planda bu siyasətin yürüdülməsi daha çox sosial təbəqələrin sırf mənəvi ehtiyacları müqabilində islamın siyasiləşdirilmiş və farslaşdırılmış bir formatda təqdimində özünü göstərdi. Azərbaycanda "İmdad-Xomeyni" kimi qurumlar vasitəsilə xeyriyyəçiliyi "siyasi sədəqə" formasına salan İranın müvafiq qurumlarının bu fəaliyyəti özünün siyasi məqsədləri üçün sosial dayaqlar hazırlamağa yönəlib. Ölkəmizdə fəaliyyət göstərən dini şiə qurumları, eləcə də, siyasi partiyalar İran tərəfindən müəyyən mənada özünün Azərbaycanın siyasi səhnəsində pərdə arxasından iştirakını təmin etmək üçün istifadə edilir. Dini çalarlı siyasi fəaliyyət təkcə bununla məhdudlaşmır. Azərbaycanda ənənəvi dini qurumlar çərçivəsində deyil, İrandan ixrac olunan şablon-qəliblər əsasında formalaşdırılan, İranın dini hövzələri və ya çeşidli ali məktəblərində yetişdirilmiş şəxslər vasitəsilə idarə edilən dini-siyasi qurumların fəaliyyəti də Azərbaycanda Tehranın siyasi nüfuzunu genişləndirmək üçün sosial bazanın formalaşdırılması kimi strateji məqsədlərə xidmət edir.


Bizi sındırmaq istəyirlər, amma öz dişləri sınır

İran Azərbaycanın dövlət siyasəti tərcihlərinin Qərb dəyərləri və təhlükəsizlik sisteminə inteqrasiyadan kənarlaşdırmaqda maraqlıdır. Bunu təmin etmək məqsədi ilə İran Azərbaycanın iqtisadi və tam siyasi müstəqillik qazanmasına qarşı maneələr yaratmağa çalışır. İran Qərb qüvvələrinin regiondan uzaqlaşdırılmasında maraqlı olduğu üçün Azərbaycanın beynəlxalq güclərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ortaq layihələrə qarşı sabotaja yönəlmiş aktiv addımlar planlaşdırır, ölkə daxilində terror aktları törətməkdən belə çəkinmir. Ötən həftə Bakıda üstü açılan terror cəhdi də bunlardan biri idi. Hədəfləri isə "Şabad Or Avner" yəhudi məktəbinin iki işçisi olub. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi xarici ictimai xadimləri qətlə yetirmək cəhdi ittihamı ilə ölkə vətəndaşları Rasim Əliyev və Əli Hüseynovu saxlayıb. Bu şəxslərin isə İrandan gələn təlimat əsasında hərəkət etdikləri bildirilib. Hətta bunun üçün İrandan silah-sursat da gətirilib.


CABİR

Digər xəbərlər