PDF Oxu

Sosial

  • 8

Həmməruzəçilər siyasətlə cinayəti səhv salıblar

Həmməruzəçilər siyasətlə cinayəti səhv salıblar

Bu günlərdə Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Jozef Debono Qrex mətbuat konfransı keçirərək, növbəti dəfə, necə deyərlər, zibildən konfet düzəltmək fikrinə düşüblər. Belə ki, avropalı həmməruzəçilər iddia ediblər ki, 2011-ci il 2 aprel icazəsiz aksiyaları zamanı dağıdıcılıq və pozuculuq əməllərinə görə həbs olunanlar "siyasi məhbus"lardır. Maraqlısı isə budur ki, görünür, Pedro Agramunt və Jozef Debono Qrex həqiqətən də siyasətlə cinayət terminlərini dəyişik salıblar. Necə ola bilər ki, küçələrə çıxıb ictimai sabitliyi pozasan, qarşına çıxan hər şeyi vurub-dağıdasan, sonra da haqlı olaraq içəriyə atılanda, dönüb olasan "siyasi məhbus"?! Məgər avropalı qonaqlar, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri bu cür sadə faktdan o qədərmi xəbərsizdirlər? Maraqlıdır ki, hər ikisi öz ölkəsində bu kimi hadisələrin baş verdiyi an həbs edilmişlərə hansı gözlə baxardılar, siyasi məhbus kimi, yoxsa cinayətkar kimi? Əlbəttə ki, cinayətkar kimi! Amma nədənsə, Azərbaycanda bu kimi faktlara barmaqarası baxırlar. Hələ, üstəlik, radikal müxalifət liderləri ilə görüşdükdən sonra, heç də onlardan fərqli danışmırlar. Sanki Pedro Agramunt Müsavat başqanı İsa Qəmbərovdur, Jozef Debono Qrex isə AXCP (i) sədri Əli Kərimovdur. Başqa cür bunları adlandırmaq olmaz.

Nə deyib bu AŞPA-da radikal müxalifətin "Heyvagülü" havasını çalanlar? Məsələn, deyiblər ki, ötən ilin 2 aprel mitinqində həbs edilən "siyasi məhbuslar"ın tezliklə azad olunacağına inanırlar? Nəyə inanırlarsa qoy inansınlar, ancaq bu kimi təhlükəli şeylərə inanmaları təkcə onların deyil, həm də nüfuzlu qurum olan AŞPA-nın imicinə ciddi xələl gətirir. Və təbii ki, artıq bu xələl gətirilib. Ona görə ki, həmin quruma Eynulla Fətullayev kimi bir vətən xaini, erməni xalqını sevən, öz xalqına düşmən gözü ilə baxan ayaq açıb. O, oraya ayaq açandan bəri Kristofer Ştrasserlə də möhkəm cici-bacılıq edib. Nəticədə yuxarıda adları çəkilən Pedro Agramunt və Jozef Debono Qrex Bakıya gəliblər və K.Ştrasserin təlimatlarını canla-başla yerinə yetirməyə başlayıblar.

Pedro Aqramunt Bakıda evlərin sökülməsi və kompensasiyaların ödənilməsi məsələsinə də, öz təbirincə, münasibət bildirib. Amma onun bu kimi məsələlərdə münasibət bildirməyə heç bir səlahiyyəti yoxdur. Məgər Azərbaycan hökuməti abadlıq-quruculuq işlərini görməmişdən öncə P.Agramunt və J.D.Qrexdən məsləhət almalıdır? Yaxşı olardı ki, bu adamlar L.Yunusovanın donosunu neçəyə aldıqlarını açıqlasınlar. Daha Azərbaycan dövlətinin daxili işlərini burunları ilə eşələməsinlər. Yaxud da siyasətlə cinayəti səhv salmaqdansa, həqiqəti söyləsinlər. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin uğurlu icrası barədə əsil həqiqətləri demək, yəqin ki, bunlara elə də çətinlik törətməz.

RÖVŞƏN

Digər xəbərlər