PDF Oxu

Sosial

  • 10

AŞ PA həmməruzəçiləri: Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil

AŞ PA həmməruzəçiləri: Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil

Avropa Şurasının Bakı ofisində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Moran və Cozef Debono Qrex Azərbaycana səfərləri çərçivəsində mətbuat konfransı keçirmişlər.

Cozef Debono Qrex demişdir ki, keçirdikləri görüşlərdə bəzi vacib məsələlər müzakirə edilmişdir. Bundan başqa, məcburi köçkünlərlə də görüşdük və onların da fikirlərini dinlədik. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyildir və onun tezliklə həll olunması üçün göstərilən səylər daha da artırılmalıdır.

Həmməruzəçi bildirmişdir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşaraq, onları ardıcıl olaraq yerinə yetirir. Bir sıra qanunlara çox müsbət əlavə və dəyişiklər edilmişdir. Hesab edirik ki, Azərbaycan bu istiqamətdə uğurlu addımlar atır və gələcəkdə də parlament bəzi qanunların təkmilləşdirilməsi işini davam etdirəcəkdir.

Digər xəbərlər