PDF Oxu

Sosial

  • 6

Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlər beynəlxalq və regional siyasətin, əməkdaşlığın qarşılıqlı anlaşma nümunəsidir

Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlər beynəlxalq və regional siyasətin, əməkdaşlığın qarşılıqlı anlaşma nümunəsidir

Fevralın 2-də Ukrayna Xarici İşlər Nazirliyi (XİN) yanında Diplomatiya Akademiyasında "Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlər qurulmasının 20 illiyi: ikitərəfli münasibətlərin yaranma tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

İclası giriş sözü ilə akademiyanın rektoru professor Boris Qumenyuk açmışdır. O, bu tarixi yubileyin əhəmiyyətini qeyd edərək Azərbaycanı Ukraynanın strateji tərəfdaşı, sabitlik, tərəqqi və inkişaf timsalı adlandırmışdır.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli "dəyirmi masa"da çıxış edərək bildirmişdir ki, iki ölkə arasında diplomatik münasibətlər beynəlxalq və regional siyasətin, bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın bir çox məsələləri üzrə tam dəstəkləmə və qarşılıqlı anlaşma nümunəsidir. O, müstəqil dövlətlərimiz arasında strateji tərəfdaşlığın qurulmasında ümummilli lider Heydər Əliyevin şəxsən çox böyük rol oynadığını qeyd edərək demişdir ki, Azərbaycanın xarici siyasətində Ukrayna vektorunun inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə istiqamətləndirilmiş bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir və yeni genişmiqyaslı layihələrlə zənginləşdirir.

Azərbaycan diplomatı həmçinin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurası üzvlərinin seçkiləri zamanı Azərbaycanın namizədliyinə fəal tərəfdar çıxdığına və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyünə əməl olunması əsasında nizama salınması məsələsində tutduğu mövqeyə görə rəsmi Kiyevə dərin minnətdarlığını bildirmişdir.

Ukraynanın Azərbaycandakı ilk səfiri Boris Aleksenkonun, Ukrayna xarici işlər nazirinin müavini Pavel Klimkinin, Türkiyənin Kiyevdəki səfiri Mehmet Samsarın, "dəyirmi masa"nın moderatoru, Ukrayna səfiri, tanınmış şərqşünas alim Yuri Qoçubəyin, GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin, "Demokratiyanın nəbzi" beynəlxalq ictimai təşkilatının prezidenti Hikmət Cavadovun, Regionlarası Personalı İdarəetmə Akademiyasının prorektoru, professor İqor Pilyayevin və başqalarının çıxışları da iki ölkə arasında dostluq və əməkdaşlıq mövzusuna həsr olunmuşdur.

Digər xəbərlər