PDF Oxu

Sosial

  • 5

Fuad Hacı Eyyub: Azərbaycana səfərimiz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə əlaqələri gücləndirmək məqsədi daşıyır

Fuad Hacı Eyyub: Azərbaycana səfərimiz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə əlaqələri gücləndirmək məqsədi daşıyır

"Azərbaycana səfərimiz ilk növbədə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə əlaqələri gücləndirmək məqsədi daşıyır". Bu fikri ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Gənclik Forumunun sədr müavini Fuad Hacı Eyyub deyib.

F.Hacı Eyyub bildirib ki, səfər zamanı nümaəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirməyi nəzərdə tutur. Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi olduğunu deyən qonaq Azərbaycana ilk dəfə səfər etdiklərini, Bakının çox gözəl olduğunu və şəhər yüksək inkişaf dövrünü yaşadığını vurğulayıb.

"Biz burada Makedoniyadakı bütün türk dostlarımızı təmsil edirik. Səfərimiz zamanı YAP Gənclər Birliyi və digər gənclər təşkilatları ilə görüşlər keçirib qarşılıqlı əməkdaşlığı müzakirə edəcəyik. Düşünürük ki, birlikdə yeni layihələr həyata keçirək. Hədəfimiz Avropa Parlamentinə qatılmaqdır. Bütövlükdə isə, gələcəkdə daha çox qarşılıqlı səfərlər etməyi məqsədəuyğun sayırıq. Ən qısa zamanda YAP Gənclər Birliyinin nümayəndə heyətinin də Makedoniyaya səfər etməsini gözləyirik. Ümumiyyətlə, YAP Gənclər Birliyi ilə əməkdaşlığımızın çox perspektivli, uğurlu olacağını düşünürəm"- deyə Makedoniya Türk Demokratik Gənclik Forumunun sədr müavini vurğulayıb.

Digər xəbərlər