"Avropa Birliyi Azərbaycan və Ermənistanın rəsmi şəxsləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə yönəlmiş etimad tədbirlərinə dair yeni təklifləri müzakirə edir". SİA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. R. Kobia bu ideyaların Azərbaycan və Ermənistan rəhbərliyi ilə müzakirə olunduğunu söyləyib: "Biz əlbəttə ki, həmin ideyaları açıqlayacağıq. Lakin əvvəlcə bunu tərəflərlə ətraflı müzakirə etmək niyyətindəyik".
O xatırladıb ki, AB-nin ali komissarı Ketrin Eşton Azərbaycana səfəri zamanı AB-nin Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini gücləndirəcəyini bildirmişdi: "Biz Minsk Qrupunun səylərini dəstəkləyir və alqışlayırıq, lakin tərəflərin istəyi əsasında münaqişənin daha tez həlli üçün xüsusən də münaqişə tərəfləri arasında etimadın qurulması üçün yeni ideyalar təklif etmək istəyirik".