PDF Oxu

Sosial

  • 6

TÜSİAB “Xocaliya ədalət” istədi

TÜSİAB “Xocaliya ədalət” istədi

TÜSİAB İdarə Heyətinin üzvlərinin təşəbbüsü ilə TÜSİAB-da Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri giriş sözü ilə açan TÜSİAB İdarə Heyətinin sədri Murat Bakır Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri həyata keçirənlərin Beynəlxalq Məhkəmə qarşısında cavab vermələrinin vacibliyini vurğulayaraq "Cəmiyyət olaraq bizdə öz öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Bu səbəblə fevralın 26-da İstanbulun Taksim meydanında keçiriləcək Xocalı soyqırımı mitinqinə dəstək verilməsi üçün lazımi qurumlara yazılar yazır, üzv şirkətlərimizin iştirakını və Türkiyədəki yaxınlarının dəstəklərini təmin etməyə çalışırıq. Təkrar dünya ictimaiyyətini "İnsanlıq ayıbı Xocalıya ədalət" kampanyasına dəstək verməyə çağırır və belə soyqırımların bir daha yaşanmamasını təmənni edirəm"- dedi. Ardından görkəmli Azərbaycan tarixçisi, Milli Məclisin deputatı Prof.Dr. Musa Qasımlı Ermənilərin əsrlər boyu Türk millətinə qarşı törətmiş olduqları soyqırımlar haqqında məlumat verərək "Onlar hər zaman Türk millətinin gücündən ehtiyat etdikləri üçün durmadan bu cür təxribatlara əl atmış və bugündə məkrli siyasətlərini davam etdirməkdədirlər. deyərək foto sübutlarla Erməni yalanlarını ifşa etdi. Sonda tədbir iştirakçıları Xocalı Soyqırımından bəhs edən qısa metrajlı filmə baxdılar.

Digər xəbərlər