PDF Oxu

Sosial

  • 12

Türkiyədə Xocalı faciəsini anım mərasimləri davam edir

Türkiyədə Xocalı faciəsini anım mərasimləri davam edir

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Adanada, Ceyhanda Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən konfransda çıxışı zamanı Xocalı Soyqırımını rəsmən tanıyan Ceyhan bələdiyyəsinə təşəkkür edib. SİA-ya verilən məlumata görə, millət vəkili Ceyhan bələdiyyəsinin bu qərarını Türkiyənin bütün digər bələdiyyələri tərəfindən də qəbul ediləcəyinə inandığını bildirərək, bir daha Ceyhan bələdiyyəsinə və Ceyhanda yaşayanlara öz təşəkkürünü ifadə edib.

Bundan sonra millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar Mersinin Cağ Universitetində təşkil edilən konfransda çıxış edib. Çıxışı zamanı Xocalı Soyqırımı barədə ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu bildirmişdi. O qeyd edib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. "Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemidir", - deyə millət vəkili əlavə edib. Universitetdəki çıxışından sonra millət vəkili Qənirə Paşayeva müəllimlərin və tələbələrin suallarını da cavablandırıb. Daha sonra millət vəkili Adananın və Mersinin bir sıra kütləvi informasiya vasitələrinə Xocalı Soyqırımı, Ermənistanının işğalçılıq siyasəti, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə müsahibə verib.

Millət vəkili Qənirə Paşayeva həmçinin Adananın Mavi Radio Stansiyasının canlı yayımının qonağı da olub.

Digər xəbərlər