PDF Oxu

Sosial

  • 5

Səfir: “İranın Azərbaycana nota verməsi məsələsi sadəcə anlaşılmazlıqdan başqa bir şey deyil”

Səfir: “İranın Azərbaycana nota verməsi məsələsi sadəcə anlaşılmazlıqdan başqa bir şey deyil”

Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərindən ibarət üçtərəfli görüşün Naxçıvanda keçirilməsi həm regional və həm də beynəlxalq səviyyədə mühüm hadisələrdən biridir. Bu görüş həmçinin üç ölkə arasında münasibətlərin qurulması baxımından təqdirəlayiq hal kimi dəyərələndirilməlidir. Bunu dünən keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami deyib.

Onun sözlərinə görə, İranın Azərbaycana nota verməsi məsələsi sadəcə anlaşılmazlıqdan başqa bir şey deyil. Hər bir evin özündə belə qardaş arasında belə mübahisələr olur. Azərbaycan və İran arasında böhranlı vəziyyət yoxdur: "Naxçıvanda Azərbaycan və İran xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Abbas İrakçi arasında keçirilən görüşdə iki ölkə arasında nota mübadiləsi məsələsi müzakirə olunub. A.İrakçi yaranmış vəziyyətlə əlaqədar Azərbaycana səfərə dəvət olunub. İki ölkə arasında böhran vəziyyəti mövcud deyil. Əsas odur ki, problemlər müzakirə edilib həll olunsun".

Səfir İranın Azərbaycan vətəndaşları üçün bu ölkəyə vizasız gedişin ləğvi barədə yayılan xəbərləri belə izah edib: "Biz bacı-qardaşlarımızın üzünə açdığımız qapını heç bir zaman bağlamarıq".

"Fars" xəbər agentliyinin İran vətəndaşlarına Novruz Bayramı tətillərində Azərbaycan Respublikasına səfər etməməsi ilə bağlı yaydığı xəbərə də münasibət bildirən səfir deyib ki, iki ölkə xalqları eyni kökə, dinə, mədəniyyətə, sivilzasiyaya mənsubdurlar. Belə olan təqdirdə hər hansı bir qadağanın qoyulması real görünmür deyə səfir sözlərinə əlavə edib.

Qeyd edək ki, martın 7-də Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi arasında üçtərəfli görüş keçirilmişdi. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirərək, danışıqların yekunlarına dair bəyannamə imzalamışdılar.

Digər xəbərlər