PDF Oxu

Sosial

  • 10

“Eurovision - 2012” Mahnı Müsabiqəsi dünyanı heyrətləndirəcək

“Eurovision - 2012” Mahnı Müsabiqəsi dünyanı heyrətləndirəcək

Ölkəmizdə bayram əhal-ruhiyəsi yaşadacaq "Eurovision - 2012" Mahnı Müsabiqəsi hər bir vətəndaşın maraq dairəsindədir. Şəhərimizə gələcək minlərlə qonağın qarşılanması və yerləşdirilməsi baxımından hər cür şərait yaradılıb. Payaxtımızda istifadəyə verilən müasir standarlı hotellər xarici vətəndaşları qəbul etmək gücündədir. Ölkənin artan iqtisadiyyatı, turizm potensialı, abadlıq və yenidənqurma işlərinin aparılması Azərbaycanın mənzərəsində nəzərəçarpacaq dərəcədə irəliləyişlərin olduğunu göstərir.

Belə bir mühitdə mahnı müsabiqəsinin keçirilməsi qürurludur. Bu, təkcə azərbaycanlıların deyil, dünya ölkələri təmsilçiləri üçün də ürəkaçandır. Təmsilçilərin və müsabiqənin rəhbər üzvlərinin Azərbaycanla bağlı söylədikləri fikirlər, müsahibələr bu reallıqrların diqqətdə olduğunu göstərir. Bakıda aparılan hazırlıq işləri ümumavropanı təmsil edəcək şounun möhtəşəmliyini bir daha təsdiqləyir. Mübaliğəsiz deyə bilərik ki, hər bir təmsilçi iştirakla yanaşı, vətənimizi seyr etməyə, onun gözəlliyi ilə canlı təmasda olmağa daha çox can atır. Bakıda hərarətli bir şouya hazırlaşan Ukraynanın "Eurovision 2012" təmsilçisi Qaytana komandası ilə birlikdə Bakıda qalacağı yeri də artıq müəyyənləşdirib. Eurovision.az saytına istinadən Qaytana Xəzər dənizi sahilindəki otellərin birində qalmağa qərar verib: "Bu otel yerləşdiyi məkan və gözəlliyi ilə ürəyimi fəth etdi. Biz "Eurovision 2012" Mahnı Müsabiqəsi çərçivəsində gerçəkləşdiriləcək bütün tədbirlərdə fəal iştirak etmək istəyirik. Serbiya təmsilçisi Zeljko Yoksimoviç isə Bakıya həyat yoldaşı ilə birgə gəlmək istəyir. Təmsilçi şousunun 2004-cü ildəki çıxışından daha fərqli olacağını deyir. Təbii ki, hər kəs gözəllik içərisində şounu yaşamaq, Odlar Yurdunun şəfəqləri altında dünyaya baxmaq istəyindədir.

Azərbaycan da qalib bir ölkə olaraq məğrurluğunu, zəngin musiqisini təqdim etməyə, möhtəşəm çıxışa hazırlaşır. Heç şübhəsiz ki, dünyanı heyrətə gətirəcək musiqi nömrəsi ilə 42 dövlət arasında sözünü deməyə nail olacaq. Müsabiqənin builki təmsilçisi Səbinə Babayevanın "When The Music Dies" mahnısı artıq maraq doğurub. Gürcüstan təmsilçisi Anri Joxadze Azərbaycanın "Eurovision 2012" mahnısına heyran qalıb. Gürcüstan təmsilçisinin fikrincə, Azərbaycanın builki mahnısı müsabiqədəki ən gözəl balladadır: "Mən, sözün əsil mənasında, şokda idim. Bu kompozisiya indiyədək eşitdiyim bütün "Eurovision" mahnılarından seçilir. Tamamilə heyrətamizdir. Mən bu mahnıya və ifaya vurulmuşam".

Bütün bunlar Azərbayanın yaxın günlərdə dünyada böyük əks-səda doğura biləcək reallıqlarından xəbər verir. Aparılan hazırlıq işləri diqqətdən kənarda deyil. "Eurovision" Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanın may ayında möhtəşəm bir şou hazırladığını bildirib: "Təkcə arena yox, həm də şounun konsepsiyası yeni olacaq. Ümid edirik ki, Azərbaycan möhtəşəm bir şou təşkil edəcək. Düsseldorf şousundan təsirlənmiş auditoriya Bakı şousuna daha da valeh olacaq. Tamaşaçıları çox gözəl sürprizlər gözləyir". Bəli, artıq may ayına çox qısa bir zaman qalıb. "Eurovision" Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sandın sözlər ilə desək, bu qısa zamanda, bir çox detallar həllini tapmalıdır. Bu detalların hər biri "Eurovision" Mahnı Müsabiqəsini standartlara uyğun və lazımi keyfiyyətdə keçirmək üçün əhəmiyyətli rol oynayır.


NƏZAKƏT

Digər xəbərlər