PDF Oxu

Sosial

  • 9

Millət vəkili Kolumbiya Senatının sədrinə məktub ünvanlayıb

Millət vəkili Kolumbiya Senatının sədrinə məktub ünvanlayıb

Azərbaycan Respublikası Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə Kolumbiya Respublikası Senatının sədri Juan Manuel Corzo Romana təşəkkür məktubu ünvanlayıb. SİA həmin məktubun mətnini dərc edir:


Hörmətli cənab Sədr!

Kolumbiya Senatı tərəfindən Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci il tarixində dinc əhaliyə qarşı törədilmiş genosidə siyasi qiymət vermənizdən razı qaldım. Xocalı faciəsi azərbaycan xalqının XX əsrdə rastlaşdığı ən dəhşətli hadisədir. Hal-hazırda Xocalı faciəsinin adı dünyada Xolokost, Xatın, Songmi, Serebrenisa kimi qandonduran faciələrlə yanaşı çəkilir.

Qonşu Ermənistan SSRİ-nin dağılması ərəfəsində keçmiş ittifaq mərkəzinin resurslarından istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etdi, əhalimizin 15 faizini ( 1 milyon nəfər) öz ölkəsində qaçqına çevirdi, həm Azərbaycana, həm də özünə böyük fəlakətlər gətirdi. Müharibə dövründə saysız- hesabsız Xocalı hadisələri törətdi. Hal-hazırda müharibədə atəşkəs əldə edilsə də, işğal faktoru qalmaqdadır, Xocalı genosidinin səbəkarları isə hələ də öz cəzalarına çatmayıbdır. Kolumbiya parlamentinin Azərbaycanın ağrılı probleminə obyektiv qiymət verməsi təqdirəlayiq bir hadisədir. Azərbaycan cəmiyyətində Sizin qərarınız böyük maraqla və minnətdarlıq hissi ilə qarşılanmışdır. Hesab edirik ki, bu qərar Azərbaycan- Kolumbiya münasibətlərində yeni bir səhifə açır və Azərbaycan Kolumbiya timsalında yeni bir dost tapır.Parlamentimizin növbəti iclasında mən Kolumbiya parlamenti ilə dostluq qrupunun yaradılması təklifi ilə çıxış edəcəyəm. İndidən özümü o qrupun üzvü hesab edirəm.

Bir daha Senata, şəxsən Sizə cənab Sədr, Xocalı ilə bağlı obyektiv qərarınıza görə təçəkkür edir, Kolumbiya xalqına ən xoş arzularımı bildirirəm.

Hörmətlə, Aydın Mirzəzadə,

Azərbaycan Respublikası Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini

Digər xəbərlər