PDF Oxu

Sosial

  • 12

Qaradağda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89 illiyi qeyd edilib

Qaradağda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Qadınlar Şurası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbir keçirib.

Partiya fəallarının, rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən söhbət açılıb.

Məruzə ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova bildirib ki, Zərifə xanım Əliyeva azərbaycanlı ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz şəxsiyyətlərdəndir.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı, 288 saylı orta məktəbin direktoru Gülüstan Ağazadə, rayon GEM-in şöbə müdiri Ofelya Manafova, B.Əliyev adına Uşaq bağçasının müdiri Nazilə Xudaverdiyeva Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yolundan, fəaliyyətindən, oftalmologiya elminin inkişafında, yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasındakı xidmətlərindən danışıblar.

Sonda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, Zərifə xanım Əliyeva məşhur alim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. O, görkəmli oftalmoloq alimin xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi xüsusi vurğulayıb.

Digər xəbərlər