Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil ölkəmizin bugünkü uğurları Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.
Bu barədə fikirlərini bildirən Prezident Administrasiyasının rəsmisi Süleyman İsmayılov qeyd etmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin xalqına olan sonsuz məhəbbətinin nəticəsidir ki, xalqı Onun bu sevgisini daim ucu tutmuşdur: "Azərbaycan xalqının dövlətçilik tarixinin ən parlaq simalarından biri olan, müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli Lider Heydər Əliyev həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq, bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirmişdir".
Xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimin yenidən öz ana vətəni Azərbaycana - ikinci dəfə siyasi ali hakimiyyətə qayıtmasına səbəb oldu. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük, dahi şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan hifz edib qorudu. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Ulu Öndər Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq, ardıcıl inkişaf yoluna çıxardı.
Maraqla məqamlardan biri də Ümummilli Liderimizin gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasını vurğulamışdır: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz".
S.İsmayılov bu barədə fikirlərini bildirərəkən, qeyd etmişdir ki, onu da bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur: "Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün mütərəqqi ümumbəşəri dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur".
Digər məqamlardan biri isə ondan ibarətdir ki, Ümummilli Lider Heydər Əliyev tariximizin zənginliyindən bəhs edərkən, onu mənəviyyatımızla sıx əlaqədə uzlaşdırıb və vurğulayıb ki, "xalqımızın tarixinin özəyini təşkil edən bütün mərhələlərdə zəngin mənəviyyat olmuşdur və keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran da, bizim üçün nümunə edən də onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır".
Dövlətçiliyimizin əbədi inkişafının təminatçısı
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması bütün Azərbaycan xalqının ümdə istəyidir. Hər bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini dərk edir. Çünki Ümummilli Liderimizin mahiyyətində xəlqilik və bəşərilik dayanan ideyalarının yaşaması, davam etdirilməsi və bütövlükdə, Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin, ictimai-siyasi və mədəni həyatımızın inkişafı deməkdir. Ümummilli Liderin ideyalarının həyatımızın bütün sahələrində təcəssüm tapmasına öz töhfələrini verən Heydər Əliyev Fondu oldu. Həmçinin, Heydər Əliyev Fondunun yaradılması Ulu Öndərin adının əbədiləşdirilməsi, irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm addım oldu. Genişmiqyaslı fəaliyyəti ilə Ulu Öndərin ideyalarını Onun adına layiq bir şəkildə yaşadan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illər ərzində dövlətimizin və xalqımızın yüksəlişinə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına, həmçinin, üzləşdiyimiz problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, elm-təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına, xeyriyyəçi əməllərə xidmət edən genişmiqyaslı layihələrin həyata keçirilməsi bütün ölkə əhalisinin rəğbətinə səbəb oldu. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, xalqımızın üzləşdiyi haqsızlıqlarla bağlı əsil həqiqətlərin dünyaya çatdırılması, elmin inkişafı, təhsilimizin səviyyəsinin yüksəldilməsi, vətəndaşların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən işlər yalnız fərəh və qürur hissləri doğurur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə bütün Azərbaycan xalqının dərin rəğbətini və etimadını qazanıb.
Bir sözlə, Ulu Öndər Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız Ulu Öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Prezidenti İlham Əliyev isə bu möhtəşəm quruculuğa öz yorulmaz fəaliyyəti ilə təkan verir.
RƏFİQƏ KAMALQIZI