PDF Oxu

Sosial

  • 10

“Heydər Əliyev və müstəqil müasir Azərbaycan”

“Heydər Əliyev və müstəqil müasir Azərbaycan”

Dünən YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə "Heydər Əliyev və müstəqil müasir Azərbaycan" mövzusunda dəyirmi masa keçirildi. Qeyd edim ki, tədbir iştirakçıları ilk olaraq, Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib əklil və gül dəstələri qoydular. Tədbir YAP Binəqədi rayon təşkilatının akt zalında davam etdirildi. Dəyirmi masada YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar-siyasət Komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin üzvləri Rəfael Cəbrayılov, Madar Musayev, partiyanın fəalları və digər şəxslər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rayon icra başçısı Xaləddin İsgəndərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı xidmətlərindən söz açdı. O, qeyd etdi ki, Azərbaycanın uğurlu inkişaf strategiyasının təməli Ulu Öndər tərəfindən qoyulub: "Müasir həyatımızda Heydər Əliyev siyasətinin təntənəsi bütün sahələrdə özünü göstərir. Sovet dönəmində yaşadığımız zaman, eləcə də, müstəqillik dövründə Heydər Əliyevin bütün sahələri əhatə edən inkişaf konsepsiyası öz məntiqi nəticəsini verdi. Ölkənin keçmiş sovetlər birliyində respublikalar sırasında nailiyyətlər qazanması, eləcə də, bu gün dünya dövlətlərinə inteqrasiya olunması Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Belə bir şəxsiyyətin işıqlı siması Azərbaycanın bütün sahələrində görünür və bu siyasətin davamı Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasi fəaliyyətində birmənalı olaraq reallaşır".

Tədbirdə çıxış edən Eldar İbrahimov Azərbaycanın 1969-cu ildən başlayaraq, uğurları öz tarixinə həkk etməsində məhz Ulu Öndərin böyük fəaliyyətinin olduğunu qeyd etdi. Geridə qalmış bir respublikanın 12 dəfə Keçici Qırmızı Bayraq alması Heydər Əliyevin böyük siyasətçi olmasına dəlalət edən amildir. Kənd təsərrüfatı, aqrar sənayedə və başqa sahələrdə Azərbaycanın ön sırada getməsi birbaşa Onun adı ilə bağlıdır. Müstəqillyiimizin ilk illərində ölkəmizin acınacaqlı vəziyyətdə olduğunu qeyd edən E.İbrahimov Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədədaxili və xarici qara qüvvələrdən dövləti qoruyaraq, əbədiliyini yaşada bildiyini söylədi. 1994-cü ildə iki böyük hadisənin atəşkəsin və "Əsrin müqaviləsi"nin imzalanması dövlətin gələcək uğurlu siyasi kursunun və inkişaf strategiyasının müəyyənləşdirmək üçün əsaslı sənəd oldu. E.İbrahimov bu gün Heydər Əliyevin qurub-yaratdığı Azərbaycanın Prezident İlham Əliyevin bilvasitə fəaliyyəti ilə uğurlu gələcəyə doğru addımladığı söylədi.

Tədbirdə çıxış edən Rafael Cəbrayılov Azərbaycan xalqının qorunmasında Heydər Əliyevin xidmətinin böyüklüyünü, şaxəliyini diqqətə çəkib. Onun hələ Azərbaycanın birinci katibi olduğu illərdə milli özünüdərk hissini formalaşdırdığını qeyd etdi. Ötən əsrin 80-ci illərinin sonunda bu hiss hərəkətverici bir qüvvəyə çevrildi. Heydər Əliyevin xidmətlərinə nəzər salan millət vəkili ölkənin sabitliyinin davamlılığını və onun dünya ölkələri sırasında yer tutmasını Böyük Siyasətçinin fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirdi. Azərbaycanda tolerantlığın qorunduğunu bildirən millət vəkili ölkəmizə milli, etnik, dini qarşıdurmalara təsadüf edilmədiyini diqqətə çatdırdı. Millət vəkili ölkəmizdə altı sinaqoqun, 11 kilsənin fəaliyytdə olduğunu söylədi. Humanizm və telerantlıq prinsiplərinə əməl edən dövlətin beynəlxalq aləmdə nüfuzunun artması üçün irimiqyaslı layihələri həyata keçirən Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan əbədilik qazandı.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin idarə heyətinin üzvü, kunq-fu üzrə dördqat dünya çempionu Ceyhun Talıblı çıxış edərək, dövlət gənclər siyasətindən, Prezident tərəfindən imzalanan fərman və sərəncamlardan söz açaraq bu gün böyük gənclər ordusunun müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işləri diqqətə çatdırdı.

Tədbirdə çıxış edən Nəbi Xəlilov ənənəvi olaraq, hər il Ulu Öndərin ad günün təntənəli şəkildə qeyd olunduğunu söylədi. Heydər Əliyev siyasətinə və Onun məqsədyönlü fəaliyyətinə nəzərə salaraq, Azərbaycanın uğurlu gələcəyinin və bugünkü inkişafının Heydər Əliyevin fəaliyyəti ilə bağlı olduğunu qeyd etdi: "Rayon ərazisində partiyanın 13 minə qədər üzvü vardır. Təşkilatın nəzdində "10 May" gənclər təşkilatı yaradılıb. Təşkilat yarandığı tarixdən - 2007-ci ildən etibarən, 10 may tarixində doğulan gəncləri partiya sıralarına qəbul edir. Bu gün isə iki gəncin partiya sıralarına qəbul olunub".

Tədbirdə bu il 18 yaşı tamam olan iki gəncə üzvülük vəsiqəsi, eləcə də, 10 may gənclər təşkilatının bir qrup üzvü olan gənclərə də ad günü münasibəti hədiyyələr təqdim olundu.

Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin və tələbələr arasında keçirilmiş bilik olimpidasının qaliblərinin adını elan edərək, onlara diplom və mükafatlar təqdim etdi.

NƏZAKƏT

Digər xəbərlər