PDF Oxu

Sosial

  • 14

“Dövlətimiz gənclərin işlə təminatında həyata keçirilən layihələrin miqyasını genişləndirməlidir”

“Dövlətimiz gənclərin işlə təminatında həyata keçirilən layihələrin miqyasını genişləndirməlidir”

Bu gün Azərbaycan uşağının ən böyük uğuru müstəqil Azərbaycanın vətəndaşı olmalarıdır. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov "Bakı Təhsili" qəzetinə müsahibəsində deyib. O bildirib ki, onlar bu gün qayğısız yaşayır, gözəl məktəblərdə təhsil alırlar, gələcəklə bağlı ümidsizlikləri yoxdur, dövlətin qayğısını hiss edirlər: "Bu, bizim uşaqlarımızın qismətinə düşən ən böyük xoşbəxtlikdir. Müasir biliklərə yiyələnmək şansına, dünyanın istənilən ölkəsində təhsil almaq imkanına malikdirlər, yetər ki, buna onların potensialı olsun. Dövlətimiz onların dünyanın ən nüfuzlu universitetlərində oxuması üçün şərait yaradır".

Ə.Əhmədovun sözlərinə görə, təbii ki, problemlər də var, problemsiz ölkə yoxdur. O qeyd edib ki, əsas odur ki, o problemlərin həllinə çalışasan. "Gənclərimizə daha yaxşı təhsil verməli, biliklərinə uyğun işlə təmin etməliyik. Etiraf edək ki, gənclərimiz bu gün bəzən işlə təmin olunmaqda çətinlik çəkirlər. Düşünürəm ki, dövlətimiz gənclərimizin işlə təminatında həyata keçirilən layihələrin miqyasını genişləndirməlidir. Gənclərin evlə təmini sahəsində də əhəmiyyətli layihələrin həyata keçiriləcəyinə inanıram. Ölkəmiz bu cəhətdən iqtisadi imkanlara malikdir. İstərdim ki, gənclərimiz zərərli vərdişlərdən uzaq olsunlar. Amma bütövlükdə gələcəklə bağlı düşüncələrdə optimizm üstünlük təşkil edir. Bunun üçün ciddi əsaslar var. Bu ciddi əsaslar müstəqil Azərbaycan dövləti, onun həyata keçirdiyi siyasətin insanlara xidmət etməsindədir", - deyə o əlavə edib.

Digər xəbərlər