PDF Oxu

Sosial

  • 8

Danimarkalı jurnalist Kristian Pedersen: Azərbaycan çox maraqlı ölkədir

Danimarkalı jurnalist Kristian Pedersen: Azərbaycan çox maraqlı ölkədir

Azərbaycan çox maraqlı ölkədir. İnsanları mehriban, qayğıkeş və gülərüzdür. Bu sözləri AzərTAc-a müsahibəsində danimarkalı jurnalist Kristian Pedersen bildirmişdir. Bakıya ilk dəfə gəldiyini deyən Kristian Pedersen şəhərin qədim və modern tikililərini, son iyirmi ildə ölkənin sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. O, "Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Mətbuat Mərkəzində jurnalistlər üçün hər cür şərait yaradıldığını qeyd etmiş, təhlükəsizliyə xüsusi diqqət yetirildiyini nəzərə çatdırmışdır. Kristian Pedersen müsabiqədən sonra iki həftə Azərbaycanda qalacağını və ölkəmizlə daha yaxından tanış olacağını bildirmişdir. O, "Eurovision-2012" mahnı müsabiqəsinə qatılan bütün ifaçıları yüksək dəyərləndirmiş və uğurlar arzulamışdır.

Digər xəbərlər