PDF Oxu

Sosial

  • 12

Seymur Orucov: Bu gün  Azərbaycan gəncliyi yüksək  inkişaf mərhələsini yaşayır

Seymur Orucov: Bu gün Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır

"Azərbaycan dövləti gəncliyin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsidir ki, gənclərimiz bütün sahələrdə böyük nailiyyətlər qazanır, beynəlxalq miqyasda ölkəmizi layiqincə təmsil edirlər". Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycanda təhsil sahəsində də ciddi uğurlar qazanılır. Onun sözlərinə görə, təhsil islahatlarının həyata keçirilməsi nəticəsində Azərbaycan təhsili Avropa təhsilinə inteqrasiya olunur. Belə ki, bu gün ölkəmizin ali təhsil müəssisələri Boloniya prosesinə qoşulub və yüksək təhsil standartlarına uyğunlaşdırılıb.

"Təəssüf ki, bəzi müxalifət partiyaları və onların ətrafında birləşən gənclər çox yanlış mövqedədirlər. Onlar dövlətimizin qazandığı uğurlara kölgə salmağı bilavasitə fəaliyyətlərinin "vacib" hissəsi kimi görürlər. Bu yaxınlarda AXCP Gənclər Komitəsinin sədri mətbuata açıqlamasında təhsilin vəziyyətini tənqid edib. Onun tənqidlərinin heç bir əsası yoxdur və ümumi sözçülükdən başqa bir şey deyil. Bu cür insanların məqsədi yalnız Azərbaycanda hər şeyi qara rəngdə görmək və ölkəmizin imicinə ziyan vurmaqdan ibarətdir. Hətta həmin cəbhəçi məni debata da çağırıb. Mən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətləri faktlarla istənilən şəxsə çatdırmağa hazıram. Amma hesab edirəm ki, bunun üçün qarşı tərəf də intellektual səviyyəyə, yüksək mədəniyyə, bilik və bacarığa malik olmalıdır. Amma biz müxalifətçi gənclərdə bunu görmürük. Yəqin ki, bir müddət öncə müxalifətçi gənclərin 20-ci sahə ərazisində keçirdiyi icazəli mitinqdə nələrin baş verdiyi bütün ictimaiyyətin xatirindədir. Həmin mitinqdə səslənən fikirlər, küçə söyüşləri onların hansı səviyyəyə malik olduğunu sübut edir. Təbii ki, belə insanlarla bir masa arxasında əyləşib sivil şəkildə debat təşkil etmək mümkün deyil. Çünki onlar bütün hallarda küçə təfəkkürü ilə hərəkət edirlər" - deyə, S.Orucov vurğulayıb.

S.Orucov bildirib ki, bu gün 10 minə qədər gəncimiz dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alır. Onların bir hissəsi müvafiq dövlət proqramı əsasında xaricə təhsil almağa göndərilib. Təşkilat sədrinin sözlərinə görə, dövlətimiz bu məsələni daim diqqət mərkəzində saxlayır.

"Azərbaycan Prezidenti neft kapitalının insan kapitalına çevriləcəyini bəyan edib və bu istiqamətdə real siyasət həyata keçirilir. Ümumiyyətlə, bu gün Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir. Məhz bunun nəticəsidir ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar" - deyə S.Orucov qeyd edib.

Onun sözlərinə görə, məhz bu səbəbədəndir ki, gəncliyimizin ən aparıcı hissəsi olan intellektlər YAP-ın sıralarında birləşiblər. Gənclərin Yeni Azərbaycan Partiyasına axını daha da sürətlənir, onlar siyasi fəaliyyətlərini məhz, bu partiya ilə bağlayırlar. "Qürurla deyə bilərik ki, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə müəyyən etdiyi siyasətin həyata keçirilməsində fəal iştirak edir və hazırda Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər. Bütün bunlara rəğmən, müxalifət düşərgəsində olan gəncləri barmaqla saymaq olar. Belə olan halda, onların iddialı çıxış etmələri yalnız gülüş doğurur"- deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.

Digər xəbərlər