PDF Oxu

Sosial

  • 9

28 May - Respublika Günü Daşkəsən rayonunda silsilə tədbirlərlə qeyd edilmişdir

28 May - Respublika Günü Daşkəsən rayonunda silsilə tədbirlərlə qeyd edilmişdir

Əhəd Abıyev: "Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılan addımlar, əhalinin rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğı Heydər Əliyev ənənələrinə sadiqliyin əyani təzahürüdür."

Dünən Daşkəsən rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 94-cü ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur. Belə ki, əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, diskussiyalar keçirilmişdir. Yekun olaraq "Mədənçilər" mədəniyyət evində geniş tərkibdə bayram tədbiri qeyd olunub. Ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Ulu Öndərimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, "Mədənçilər" mədəniyyət evinə toplaşıblar.

Bayram tədbiri açıq elan olunduqdan sonra Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev 28 May - Respublika Günü münasibətilə rayon ictimaiyyətini təbrik edərək, hər bir Azərbaycan vətəndaşına cansağlığı, ailə xoşbəxtliyi, uzun ömür və firavanlıq, ölkəmizə sülh, əmin-amanlıq, iqtisadi tərəqqi arzulamışdır. Sonra o, çıxışına əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyevin bu sözləri ilə başlamışdır : "Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq, böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".

Düz 94 il əvvəl may ayının 28-də xalqımızın vətənpərvər qüvvələrinin səyi ilə dövlət müstəqilliyinin rəmzi olan 3 rəngli bayrağımız qaldırıldı. Bununla da, Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi. Azərbaycan Xalq Cumhuriyyəti Şərqdə ilk demokratik müstəqil dövlət kimi tanındı. Bu gün də xalqımız özünün istiqlal bayramının parlaq səhifəsi olan Azərbaycan Demokratik Respublikasının yaranması gününü böyük qürur hissi və təntənə ilə qeyd edir: "23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut etmişdir. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, əsas dövlət insitututları məhz həmin dövrdə yaranmışdır. Bugünkü Azərbaycan dövlətçiliyin kökləri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır".

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti, bu dövrün Azərbaycan xalqının tarixində ən şərəfli anlar olması barədə məlumat verən natiq sonra bildirdi ki, Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək, möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı: "Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanıldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarını, onun qurub-yaratdıqlarını dönmədən inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz müdrik və məqsədyönlü fəaliyyəti ilə müstəqilliyimizi daha da möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılan addımlar, əhalinin rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğı Heydər Əliyev ənənələrinə sadiqliyin əyani təzahürüdür".

Rayon icra hakimiyyətinin başçısının çıxışından sonra Yeni Azərbaycan Partiyasına üzvlüyə qəbul olunan gənclərə üzvlük vəsiqələri verilmiş, bir qrup gənc isə partiya sıralarına qəbul edilmişdir.

Ümumrayon bayram tədbiri rayon incəsənət ustalarının vətən, xalq və Ulu Öndərimizə həsr olunmuş musiqi nömrələri ilə başa çatmışdır.


28 May - Respublika Günü Daşkəsən

rayonunda silsilə tədbirlərlə qeyd edilmişdir

Əhəd Abıyev: "Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılan addımlar, əhalinin rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğı Heydər Əliyev ənənələrinə sadiqliyin əyani təzahürüdür."

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər