PDF Oxu

Sosial

  • 62

Əmanətlərin qaytarılması prosesi şəffaf şəkildə təşkil olunub

Əmanətlərin qaytarılması prosesi şəffaf şəkildə təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir müddət öncə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında imzaladığı Fərman ölkə vətəndaşları tərəfindən sevinclə qarşılanır. Bununla bağlı artıq iyun ayının 1-dən həmin Fərmanın icrasına başlanılıb. İllərdir bu Fərmanı gözləyən vətəndaşların münasibətini öyrənmək üçün "Kapital Bank"ın bir neçə rayon filiallarına müraciət etdik. Həqiqətən də, ölkə Prezidentinin atdığı bu addım ictimai rəydə çox müsbət qarşılanır. Məsələ ilə bağlı "Kapital Bank"ın 2 saylı Nəsimi rayon filialının müdiri və vətəndaşlarla söhbət apardıq.


"Kapital Bank" Nəsimi rayonu 2 saylı filialının müdiri Yusif Fətullayev: "Ölkə Prezidenti İlham Əliyevin əmanətlərin qaytarılması ilə bağlı imzaladığı Sərəncam ölkə vətəndaşlarına diqqət və qayğının layiqli nümunəsidir"


- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında imzaladığı Fərman ölkə vətəndaşları tərəfindən çox yüksək səviyyədə qarşılanır. Uzun zamandır ki, bununla bağlı müəyyən fikirlər var idi, amma artıq əmanətlərin qaytarılması prosesi reallaşıb. Artıq iyunun 1-dən sovet dövründən banklarda qalmış əmanətlərin qaytarılmasına başlanıb. Vətəndaşlar müəyyən olunmuş bank şöbələrinə yaxınlaşıb sənədlərini təqdim etməklə qısa zamanda pulunu ala bilir. Əmanətlərin qaytarılması prosesi şəffaf şəkildə təşkil olunub. Azərbaycan Respublikasının maddi durumu imkan verir ki, ölkə vətəndaşları batmış pullarını ala bilsin. Buna görə də, ölkə başçısının imzaladığı Fərman çox müsbət qiymətləndirilir. Prezidentin bu ilin martında verdiyi Fərmana əsasən, vəsaitlərin vərəsələrə, əmanət kitabçalarını itirən və ya yararsız hala salan vətəndaşlara da verilməsində də heç bir problem olmayacaq. Ümumilikdə, ölkə Prezidenti İlham Əliyevin əmanətlərin qaytarılması ilə bağlı imzaladığı Sərəncam ölkə vətəndaşlarına diqqət və qayğının layiqli nümunəsidir.


Vətəndaşlar ölkə Prezidentinin Fərmanını sevinclə qarşılayır


Qiymat Dəlvəlov:

- Biz inanırdıq ki, Prezidentimiz belə bir qiymətli addım atacaq. Çünki O, xalqına çox bağlı bir insandır. Onun daim Azərbaycan xalqının rifahı üçün imzaladığı Fərman və sərəncamlar vətəndaşlar tərəfindən çox yüksək qarşılanır. Bütün təbəqədən olan insanlara diqqət və qayğı göstərir. Biz həmişə bu qayğını görmüşük. Ona görə də, həmişə ona dəstək verməyə hazırıq. Xalqa qayğı göstərən Prezidentə hər kəs dəstək verər. Hamı razılıq edir. Biz ona çətin və şərəfli işində, dövlətimizə sədaqətli xidmətində uğurlar azrulayırıq. Minnətdarlığımızı bildiririk.



Qurbanova Sədaqət:

- Neçə illərdir ki, belə söz-söhbətlər gedir ki, pullarımızı qaytaracaqlar. Bizdə buna adi baxırdıq. Düşünürdük ki, SSRİ dağıldı, pullarımız da batdı. Lakin belə bir addımın atılması lap yerinə düşdü. Bunun üçün Prezidentimiz İlham Əliyevə təşəkkür və minnətdarlığımızı bildiririk. Ümumiyyətlə, batmış əmanətlərin geri qaytarılması bu hakimiyyətin gördüyü ən yaxşı işlərin davamı oldu. Onsuz da, biz Prezidentimizin ətrafında sıx birləşmişik. Çünki başqa güvənə biləcəyimiz kimsə yoxdur. Ona arxalanırıq. O gün olsun ki, işğalda olan torpaqlarımız azad olsun.


Bayramov Bəhram:

- Mən əmanətlərin qaytarılmasından çox razı qaldım. Allah Prezidentimizə can sağlığı versin. O, çox ailəyə sevinc bəxş etdi. Nə qədər insan öz əmanətini geri alacaq. Mənim heç bir narazılığım yoxdur. Buna da şükür. Onsuz da, SSRİ dağılandan sonra bu əmanətlərdən əlimizi üzmüşdük. Əslində, o dövrdə hakimiyyətdə olanlar əmanətlərin qaytarılması ilə bağlı heç bir addım atmadı. Amma yeni mərhələdə Prezident İlham Əliyev bu məsələni reallaşdırdı. Bu da xalqa olan ehtiramdan irəli gəlir. Bu, çox sevindirici haldır. Burada kimin fikrini öyrənmək istəsəniz, eləsi tapılmaz ki, narazıçılıq etsin. Hamı Allaha şükür edir.


Qurbanov Etibar:

-Elə insanlar var ki, banka çox pul qoyub, indi pulunu ala biləcək. Müəyyən olunmuş məbləğdə pulu verəcəklər. Həm də heç bir faiz tutulmadan. Hamı sevindiyindən, pulunu tez almaq istəyir. Amma hələ vaxt çoxdur. Dövlətimiz yaxşı pul ayırıb. Hər kəs pulunu alacaq. Biz yalnız dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımızı bildiririk ki, belə bir addım atdı. Sağ olsun, Allah Onun canını sağ eləsin. Nə qədər ki, O, bizim Prezidentimiz olacaq biz həmişə belə sevinəcəyik.


Ağayev Rüfət:

- Biz də hamı kimi sevinirik. Çox xeyirxah bir işdir. Nə qədər insan razılıq edir. Biz neçə illərdir ki, əmanətlərin qaytarılmasını gözləyirik. Lakin hər səfərində elə kağız üzərində qalırdı. İndi isə bu məsələ reallaşıb. Bizi sevindirən Prezidentimizi də Allah sevindirsin. Allah Onu xoşbəxt eləsin. Biz Ona səs verməkdə yanılmamışıq. Əmanətlərin qaytarılması ilə bağlı minlərlə ailənin sevinci, xeyir-duası Prezidentə ünvanlanıb. Biz gənclər olaraq Prezidentimizin ətrafında sıx birləşməyi qarşımıza məqsəd qoymuşuq.


Əmirəliyev Sabir:

- Hər dəfə əmanətlərin qaytarılmasından söhbət düşəndə, bunun mümkünsüz olduğunu fikirləşirdim. Düşünürdük ki, nə qədər insanın pulu batıb. O pulları qaytarmaq üçün milyon manatlar lazımdır. Lakin ümidimizi üzmürdük. Prezidentimizə inanırdıq ki, nə zamansa, bununla bağlı nə isə bir iş görəcək. Heç bir narazılığım yoxdur. Növbə ilə sənədlərimizi qəbul edirlər. İnşallah, pulumuzu da alacağıq. Çox sağ olsun hökumətimiz, xüsusilə, Prezidentimiz ki, belə bir addımı atdı. Bütün ölkə vətəndaşlarının ürəyincə olan bir siyasət idi. Minnətdarlığımızı bildiririk. Çox sağ olsun.


Ağayev Fuad:

- Bir gənc olaraq düşünürəm ki, bu Fərman bir az gecikib. Amma əsas odur ki, imzalanıb. Dövlətimizin başçısı necə məsləhət bilibsə, biz ona qane olmalıyıq. Sağ olsun Prezidentimiz ki, bizə belə sevinci bəxş etdi. Elə ordan-burdan eşidirdik ki, batmış pullar nə zamansa qayıdacaq. Açığını deyim ki, inanmırdım. Amma indi mən də pul üçün banka müraciət etməyə gəlmişəm. Müraciət edənlər çoxdu. Hamı istəyir ki, pulunu tez alsın. Biz də növbəmizi gözləyirik.


Babək Hacıyev

Digər xəbərlər