PDF Oxu

Sosial

  • 48

Satanlar və satılanlar

Satanlar və satılanlar

Azərbaycanda demokratik proseslərin inkişafında və vətəndaş cəmiyyəti quruculuğunda bir çox məqsədyönlü, uğurlu, dövlətçilik prinsiplərinə hesablanan layihələr reallaşdırılmaqdadır. Həmin reallıqlar əsasında bir daha sübut olunur ki, ölkəmizdə dövlət-vətəndaş cəmiyyəti birliyi möhkəm təməllər üzərində qurulmuş baza əsasında formalaşmış, tərəqqi etmişdir. Əlbəttə ki, bu məqamlar istər Avropa məkanında, istərsə də, bütün beynəlxalq aləmdə təqdirəlayiq hal kimi qiymətləndirilir, eləcə də, Azərbaycanda bu sahədə olan inkişaf kifayət qədər görünməkdədir.

Lakin təəssüflər olsun ki, belə bir uğurun və tərəqqinin üzərinə kölgə salmağa cəhd göstərən dırnaqarası "hüquq müdafiəçiləri" və siyasiləşmiş QHT-lər də mövcuddur. Onların məqsədləri yalnız və yalnız şəxsi məqsədlərinə istiqamətləndirilmiş maddi qazanc mənbələridir. Daha dəqiq desək, "hüquq müdafiəçisi" fonunda, "vətəndaş cəmiyyəti" timsalında xəyanətkar davranışlara hesablanmış çirkin addımlar, dövlətçiliyə qarşı çıxmaq anlamını daşıyır. Belələri, sözsüz ki, hər kəsə tanış "simalardır". O cümlədən, Leyla Yunusova, Arzu Abdullayeva, Eldar Zeynalov, Arif Yunusov və sairə bu kimilər yaşadıqları ölkənin - Azərbaycanın əksinə çıxan ən xəyanətkar insanlardan biridirlər. Dəfələrlə onların Avropada fəaliyyət göstərən aşnaları ilə toplantılar təşkil edərək, qeyri-ciddi mövzular ətrafında "qarıldaşmaları" bütün deyilənlərə sübutdur.

Zaman-zaman siyasiləşmiş QHT təmsilçilərinin işğalçı Ermənistan dövlətinə səfərlər etmələrini də, yəqin ki, heç kim unutmayıb. Buna misal olaraq, xatırladaq ki, "Helsinki Vətəndaş Assambleyası"nın Azərbaycan üzrə direktoru Arzu Abdullayeva dəfələrlə Ermənistana gedərək, Azərbaycanda olmayan, baş verməyən yalanları, böhtanları öz erməni aşnalarının qulağına pıçıldamışdır. Buna xəyanətdən başqa nə ad vermək olar? Eyni zamanda, ölkədə siyasi partiyalarla açıq-aşkar iş birliyinə gedən QHT-lər də mövcuddur ki, onların fəaliyyətləri qrantlar qazanmağa hesablanıb. Həmin qrantlar hesabına istənilən xəyanətə gedən siyasiləşmiş QHT rəhbərləri müxalifət partiyalarından da artıq radikallıqlar törədərək, bütün hüquq müstəvilərinin üzərindən çarpaz xətt çəkirlər. Nəticədə, müvafiq qanuni addımlar atılanda isə səslərini ABŞ-a, Avropaya salıb, guya təqiblərə məruz qalıdıqlarını bildirirlər. Bu isə həm xalqımız tərəfindən, həm də sağlam düşüncəli ictimaiyyət tərəfindən şiddətlə qınanılır.

Sonda onu da qeyd etmək mümkündür ki, yuxarıda adları çəkilənlərin hər biri satılıb satanlardırlar ki, belə ünsürlərin qarşısını almaq müvafiq hüquqi orqanların işləridir. Əgər onların qarşısı zamanında alınmasa, sabah daha da azğınlaşacaqlarına heç kim zəmanət verə bilməz. Hələ ki, gec deyil...


R.Hüseynova

Digər xəbərlər