PDF Oxu

Sosial

  • 46

“Yay məktəbi” layihəsi çərçivəsində region gəncləri ilə görüş keçirilib

“Yay məktəbi” layihəsi çərçivəsində region gəncləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası tərəfindən təsis edilmiş "Yay məktəbi" layihəsi partiyanın gənclər təşkilatı tərəfindən uğurla həyata keçirilməkdədir. SİA-nın verdiyi məlumata görə, həmin layihə çərçivəsində Oğuz rayonunda region gəncləri ilə görüş keçirilib. Görüş zamanı gəncləri maraqlandıran məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb. Millət vəkili Məlahət İbrahimqızı gənclərlə görüşüb, onlarla fikir mübadiləsi aparıb. Millət vəkili görüş zamanı vurğulayıb ki, region gəncləri ilə görüş və bu görüşlərdə fikir mübadiləsinin aparılması gənc nəslin fundamental gələcəyini və düzgün yolunu müəyyən edir. Bu gün ölkədə gənclər siyasəti uğurla həyata keçirilir.


Hələ ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə də bu siyasət mövcud idi. Yeni mərhələdə ölkə Prezidenti İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğısı açıq şəkildə göz önündədir. Bir müddət öncə ölkə başçısı İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi barəsində Sərəncamı gənclərin problemlərinin həllinə yönəlik bir addım olmaqla, gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi də sayıla bilər. Gənclər də bundan səmərəli istifadə edir. Elə gənclərin "yay məktəbi" layihəsi də bu siyasətin tərkib hissəsidir. Düşünürəm ki, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Bu gün Azərbaycan gənci dərk edir ki, dövlət başçısı ona diqqət göstərir. Həmin bu gənclər də, umumilikdə Azərbaycan gənci də bu etimadı doğrultmalıdır. Bu gün Azərbaycanda sağlam gənclik var. Gənclərin sosial problemləri də ölkə başçısının diqqətindədir. Bununla bağlı ciddi işlər gedir. Düşünürəm ki, gənclər İlham Əliyev cənablarının ərtafında sıx birləşməklə uğurlu gələcəyə nail olacaqlar".

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin müavini Aygün Əliyev, Oğuz rayon gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayon icra hakimiyyətin nümayəndələri Taleh Abdullayev, Aqil Məmmədli və başqa gənc fəallar arasında fikir mübadiləsi aparılıb.


YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva:


- Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişafı strategiyasının əsasını təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyat və siyasi fəaliyyəti dövründə Ulu Öndər sağlam, normal gəncliyin və bu dövlətə sahib çıxa biləcək bir nəslin yetişməsinə xidmət edirdi.


Oğuz rayon cənclər və

idman idarəsinin rəisi Ramiz Mahmudov:


- Mən qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırıb. Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını gücləndirib. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək, uğurla həyata keçirməyə başlayıb. Yeni mərhələdə bu sahədə ardıcıl addımlar atılır. Bütün bunlar sağlam gəncliyin formalaşmasına yönəlib.


Taleh Abdullayev:


- Həyata keçirilən siyasət Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxdı. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tuturlar. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır.


Aqil Məmmədli:


- Müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyur, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında iştirak edərək uğurlu nəticələrə imza atırlar. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır. Azərbaycan artıq dünyada özünü isbat etmək üçün daha da təşkilatlanır. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir.


RƏFİQƏ

Digər xəbərlər