PDF Oxu

Sosial

  • 34

Əbülfəz Elçibəyin zəhərlənməsi faktı öz təsdiqini tapır

Əli Kərimlinin çıxışları və atdığı addımlar onun bu məsələdən yayınmaq cəhdidir

Əbülfəz Elçibəyin zəhərlənməsi faktı öz təsdiqini tapır

Məlum olduğu kimi, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb və bu istiqamətdə istintaq gedir. Artıq istintaq üzrə Əbülfəz Elçibəyə yaxın olan bir neçə şəxs artıq dindirilib. Bununla bağlı hüquq-mühafizə orqanlarında ciddi araşdırmalar getdiyi üçün ictimaiyyətə hələ ki, məlumat verilməyib. Müasir Müsavat partiyasının sədri H.Hacıyevin müaciətindən sonra AXCP sədri Əli Kərimli və onun tərəfdarlarının mətbuata verdikləri qərəzli açıqlamar da sübut edir ki, AXCP sədri bu məsələni siyasiləşdirməklə, adəti üzrə şou yaradır. Xüsusilə, Əbülfəz Elçibəyin zəhərlənməsi faktı üzərində verdiyi açıqlamalar onun məsələnin mahiyyətindən yayınmaq cəhdidir.

Necə ola bilər ki, qısa müddətdə belə bir xəstəlik ortaya çıxsın?

Artıq Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı verilən açıqlamar göstərir ki, AXCP sədri Ə.Kərimli Ə.Elçibəyi zəhərləyib. Çünki bununla bağlı Ə.Elçibəyin çox yaxın dostu olmuş vəkil Adil Minbaşı isə qeyd edib ki, Ə.Elçibəy bağda xəstə yatarkən kimsə onu zəhərləyib. Bəy bunu mənə deyib. Və hadisələrin gedişi onu elə göstərir. Çünki o, xəstələnməmişdən iki ay əvvəl Türkiyədə idi. Orada yüksək səviyyədə müayinədən keçdi. Və müalicəyə ehtiyac olacaq heç bir şey olmadı. Bəyə dedilər ki, sadəcə dişlərinizi düzəltdirin, bir az problem var. A.Minbaşı fikirlərini daha da dəqiqləşdirərək, deyib ki, bu məsələdə ona yaxın adamlardan kimlərinsə əli ilə ola bilərdi. Necə ola bilər ki, qısa müddətdə belə bir xəstəlik ortaya çıxsın?

Əli Kərimli ilə Əbülfəz bəy arasında münasibətlər olduqca gərgin olub

Ə.Elçibəy Türkiyədə olarkan onun haqqında mətbuatda silslilə hədyan dolu yazılar dərc olunub. Bu yazıları AXCP sədri Ə.Kərimli yazdırması xəbəri yeni deyil. Məqsəd isə Ə.Elçibəyi nüfuzdan salmaq, onu siyasi səhnədən uzaqlaşdırmaqla "estafeti" ələ almaqdan ibarət olub. Çünki həmin vaxtlar Müsavat-AXCP özünə rəqib bildiyi üçün onun nəinki siyasi səhnədən, hətta həyatına son qoymaqla bağlı plan hazırlayıb. Bunu mərhum Ə.Elçibəy özü də yaxşı bilirdi. Onun haqqında mətbuatda "qara piar" kampaniyasına son qoymaqla bağlı AXCP sədri Ə.Kərimliyə dəfələrlə Ə.Elçibəy tərəfindən şəxsən xəbərdarlıq olunub. Çünki Ə.Elçibəyə məlumat vermişdilər ki, onun haqqında bütün mənfi yazıları yazdıran Ə.Kərimlidir. Bu məsələ ilə mətbuata açıqlama verən Adil Minbaşı da qeyd etmişdi ki, Ə.Elçibəy Türkiyədən Ə.Kərimliyə zəng elədi özü ilə danışdı: "Əli Kərimlini hədələdi ki, qayıdaram, gələrəm, tədbirini görərəm. Konkret səni yerində oturtmaq lazımdı. Əli Kərimli dedi ki, mənim o yazılardan məlumatım yoxdu. Amma Bəy tapşırmışdı ki, öyrənilsin redaksiyalara bu yazılar hardan daxil olub".

Ə.Elçibəy öz dili ilə zəhərləndiyini deyib

Türkiyədə olarkən Ə.Elçibəy zəhərləndiyini yaxınlarına deyib. Amma ondan bu məsələnin başında kimin dayandığını soruşanda qeyd edib ki, bilmirəm. Ə.Elçibəyin ölüm xəbəri çıxdıqdan sonra Ə.Kərimli və bu məsələdə əli olanlar sirlərinin örtüldüyünə sevinib. O vaxtdan indiyə qədər həkimlərin özlərinə də müəmmalı məqamlar hələ də qalıb. Çünki səbəb kimi xərçəng xəstəliyini göstərdilər. Amma Ə.Elçibəyin 2 ay əvvəl səhhətində heç bir problemi olmayıbmış. Həmin vaxtlar Ə.Elçibəylə çox yaxın təmasda olan Adil Minbaşı qeyd edir ki, elə maddələr var, onları verirlər adama 2-3 aya və ya daha uzun müddətə bədəni zəhərləyir. Ona görə də, hiss olunur ki, o müddətli verilən bir şey idi.

Ə.Elçibəyin zəhərlənməsində Müsavatın rolu olub?

Həmin vaxtlar siyasi müxalifətdə belə bir fikir formalaşmışdı ki, guya Əbülfəz Elçibəy olmasa, onlar daha irəli gedə bilərlər. Ona görə də müxalifətdə təmsil olunanların hədəfi Ə.Elçibəy olub. Məhz onu siyasi səhnədən çıxarmaq missiyasını Ə.Kərimli öz üzərinə götürüb. Söz yox ki, belə bir çirkin məqsədə nail olmaq üçün AXCP sədrinə köməklik olunub. 1998-ci ildə ölkədə keçirilən prezident seçkilərində Ə.Elçibəyin vahid namizəd olmasına qarşı çıxmaqla onun seçkidə iştirakına mane oldular. Daha sonrakı proseslərdə Ə.Elçibəyin ölümüdən sonra onu özlərinə lider seçənlər, hansı ki, onun sağlığında ölümünə bais olanlar idi. Bununla da hadisələri ört-basdır etməyə çalışdılar. Ə.Elçibəyin zəhərlənməsində maraqlı və qaranlıq məqamlardan biri Müsavat başqanı İsa Qəmbərin hələ də bu məsələyə münasibət bildirməməsidir. Prokurorluğa müraciət ediləndən indiyədək bununla bağlı Müsavat başqanının hər hansı bir fikir səsləndirməməsi, onun da bu məsələdə rolu olduğunu deməyə əsas verir. Hər dəfə Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı İ.Qəmbərova sual verilərkən, o susub. Belə çıxır ki, susmağın etiraza yad bir cavab olduğu təsdiqini tapıb.

Müsavat başqanı bu məsələdən öz maraqları üçün necə istifadə etməyi bacardı?

Elə bu ərəflər Müsavat başqanı tələm-tələsik özünü dağıdıcı düşərgənin namizədi görməsi də Ə.Elçibəyin zəhərlənməsi faktı ilə əlaqədardır. Çünki İ.Qəmbərin əlinə fürsət düşmüşdü. Ona görə ki, Müsavat başqanı İ.Qəmbər yaxşı bilir ki, Ə.Elçibəyi AXCP sədri Ə.Kərimli zəhərləyib. Bu məsələnin detallarını dərindən bilən İ.Qəmbər hesab edir ki, hazırda onun dağıdıcı müxalifət dşərgəsində bütün dedikləri məqbul hesab edilməlidir. Bu məsələ ilə bağlı İ.Qəmbər ilə Ə.Kərimli arasında qapalı görüş keçirilib. Görüşdə əsas məsələ Ə.Elçibəyin zəhərlənməsi faktının ortaya çıxması olub. Xüsusilə, tərəflərin razılaşmasına görə, bununla bağlı Müsavat başqanı fikir bildirməyəcəyi qənaətinə gəlinib. Həmin görüşdə qeyd olunub ki, Müsavat tərəfdən "vahid namizəd" müəyyən olunması və dağıdıcı müxalifət düşərgəsindəki vəziyyətlə bağlı verilən hər hansı bir açıqlamalara AXCP düşərgəsindən mənfi reaksiya verilərsə, o zaman Müsavat partiyası Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı şok faktlarla çıxış edəcək.

AXCP sədri Adil Minbaşının fikirlərinə təəssüfləndi

Qeyd olunduğu kimi, Ə.Elçibəyin çox yaxın dostu olmuş vəkil Adil Minbaşı mətbuata geniş açıqlama verərək, Ə.Elçibəyin zəhərlənməsi faktını təsdiq edib və bununla bağlı təfərrüatlı çıxış edib. Amma AXCP sədri Ə.Kərimli mətbuata verdiyi son müsahibəsində Adil Minbaşının açıqlamalarına təəssüf etdiyini bildirib. Lakin ona qarşı ittihamlarla çıxış etməkdən çəkinib. Çünki Ə.Elçibəyin zəhərlənməsi ilə bağlı qeyd olunan faktlar AXCP sədrini qorxuya salıb. Müsahibəsində deyib ki, bu məsələni jurnalistlər araşdıra bilər. Ona görə də, Ə.Kərimliyə xatırlatmaq yerinə düşər ki, bu məsələnin araşdırılması jurnalistlərin yox, hüquq-mühafizə orqanlarının işidir. İndiki məqamda isə bunu zamanın öhtəsinə buraxaraq, Ə.Elçibəyin zəhərlənməsinin siyasi motivlərini gizlətməyə çalışan Ə.Kərimli bu məsələdə ehtiyalı olmağa çalışır ki, İ.Qəmbər ağzını açmasın.

Babək Hacıyev

Digər xəbərlər