Tahir Kərimli: "Yeni Azərbaycan Partiyasının İcra katibinin təşəbbüsü ilə reallaşan iqtidar-müxalifət partiyalarının Avropa Parlamentinin çıxardığı qərarlara etiraz edən toplantının keçirilməsi çox sevindirici bir haldır"
Yeni Azərbaycan Partiyasının İcra katibinin təşəbbüsü ilə reallaşan iqtidar-müxalifət partiyalarının Avropa Parlamentinin çıxardığı qərarlara etiraz edən toplantıdan sonra qəbul olunan birgə bəyanatına sizin münasibətiniz? İqtidarla müxalifət arasında dioloqun sonrakı mərhələlərdə keçirilməsi üçün zərurət olduğunu düşünmürsüz ki?
Məsələyə münasibət bildirən Vəhdət partiyasının sədri Tahir Kərimli bildirdi ki, YAP-ın Sədr müavini, partiyanın İcra katibi Əli Əhmədovun təşəbbüsü ilə keçirilən iqtidar-müxalifət partiyalarının Avropa Parlamentinin çıxardığı qərarlara etiraz edən toplantının keçirilməsini yüksək qiymətləndirirəm. Yəni, Yeni Azərbaycan Partiyasının İcra katibinin təşəbbüsü ilə reallaşan iqtidar-müxalifət partiyalarının Avropa Parlamentinin çıxardığı qərarlara etiraz edən toplantının keçirilməsi çox sevindirici bir haldır. Çünki həm Avropa Parlamenti, həm ölkəmizi istəməyən digər qüvvələr, birmənalı şəkildə, bilməlidirlər ki, Azərbaycan cəmiyyəti, ola bilsin ki, hansısa məsələlərdə müxalifət olurlar, amma ümummilli məsələlərdə hər zaman birləşib, birgə etirazlarını bildirirlər. Düzdür, bəzi xarici dairələrdə ölkəmizi istəməyən bir çox qüvvələr var ki, onlar Azərbaycanda gedən proseslərə, iqtisadi-siyasi uğurlara qısqanclıqla yanaşır və hesab edirlər ki, Azərbaycan cəmiyyəti hər hansı bir məsələdə bir araya gələ bilməz. Amma son proseslər göstərdi ki, onların bu niyyətləri, həqiqətən də, Azərbaycanda qaragüruhlu qüvvələrin məqsədləri ilə eynidir.
Partiya sədrinin sözlərinə görə, müxalifət iqtidar arasında dialoqların keçirilməsi çox yaxşı haldır. Bir sözlə, ölkəmizlə bağlı digər ümumilli məsələlərdə Yeni Azərbaycan Partiyasının təşəbbüslərinə ehtiyac var. Hər hansı digər partiya təklif versə, bu, havadan asılı vəziyyətdə qalacaqdır. Çünki YAP yerdə qalan bütün partiyaların birgəliyindən qüvvəlidir. Yeni Azərbaycan Partiyası gələcəkdə dialoq məsələlərini davam etdirəcəkdir. Bu dialoqlar da effektini verəcəkdir.
GÜLYANƏ