PDF Oxu

Sosial

  • 40

Xocavənd rayonunun ermənilər tərəfindən işğalının 20-ci ildönümü anılıb

Xocavənd rayonunun ermənilər tərəfindən işğalının 20-ci ildönümü anılıb

Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümü Şəhidlər Xiyabanında anılıb. Anım mərasimində Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyətinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və digər təşkilatların nümayəndələri iştirak ediblər. Xocavənd rayon icra hakimiyyəti tərəfindən Şəhidlər Xiyabanında Əbədi Məşəl Kompleksi önünə əklil qoyulub, şəhidlərin xatirəsi anılıb.

Qeyd edək ki, 1992-ci il oktyabrın 2-si Xocavənd rayonunun işğal günüdür. Sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində Ermənistan Respublikası tərəfindən işğal olunub. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib. İşğal zamanı Xocavənd rayonu 145 şəhid verib.

Şəhidlər Xiyabanına gələn rayon ictimaiyyətinin nümayəndələri ilə 1992-ci Xocavənd rayonun işğalı ilə bağlı söhbət apardıq. Xocavənd rayonu Qaradağlı kənd sakini Hüseynova İlqar bizimlə söhbətində bildirdi ki, 1992-ci il fevral ayının 15-də ermənilər Xocavənd rayonunun Qaradağlını dörd bir yandan atəşə tutdular. Evlərin əksəriyyəti alova bürünmüşdü. Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i həlak olmuşdu. Dörd nəfər isə ağır yaralıydı. Gecə yaralıları da götürüb yola çıxdıq. Aramızda 10 qadın və 2 uşaq vardı. Həmin hadisələr zamanı ölənlərin sayı 32 nəfərə çatdı. Sonra bizi Xankəndiyə aparıb iki ay həbsxanada saxladılar. Hətta mən yaxşı xatırlayıra ki, erməni hərbçilərindən biri mətbuata gizli müsahibə vermişdi. Ona sual ünvanlamışdılar ki, bu qədər torpaqlar işğal etdiniz daha çox hanası ərzilərdə müqavimətlə rastlaşdınız? O, hərbçi demişdi ki, bizə ən çox Xocavənd rayonun Qaradağlı kəndində müqavimət gösrətdilər.

Bundan başqa Xocavənd rayon nümayəndələri Tapdıq Tağıyev, Şahruz Əliyev, Seyyur Nağıyev, Baxşeyx Hüseynov və başqa şəxslər Xocavənd rayonunun işğalı ilə bağlı fikirlərini bölüşdülər.

Müsahiblərimiz sonda qeyd etdilər ki, o gün olsun üçrəngli bayrağımız Xocavənd rayonunda dalğalansın. Biz buna inanırıq.

Babək Hacıyev

Digər xəbərlər