PDF Oxu

Sosial

  • 25

Tahir Rzayev: "Acizlik və təcavüzkarlıq Ermənistanı növbəti uçurumlara aparır"

Tahir Rzayev: "Acizlik və təcavüzkarlıq Ermənistanı növbəti uçurumlara aparır"

"Təcavüzkarlıq siyasətindən əl çəkməyərək Türkiyə, Azərbaycan və Gürcüstan dövlətlərinin ərazilərində gözü olan, "böyük Ermənistan" xülyası ilə yaşayan terrorçu Ermənistan düşdüyü böhrandan çıxış yolunu qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaqda görmək əvəzinə, əksinə, bu respublikalarla vəziyyəti gərginləşdirir". Bunu millət vəkili Tahir Rzayev "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib. Millət vəkilinin sözlərinə görə, əsassız torpaq iddiaları, Ermənistanı mühüm layihələrdən kənarlaşdırır, ölkə iqtisadiyyatına ağır zərbə vurur və əhalinin güzəranını ildən-ilə çətinləşdirir.

Millət vəkili eyni zamanda bildirib ki, ermənilər böhranın ağırlığını hiss edir, onun nəticələrinin gələcəkdə daha böyük fəsadlar yaradacağını duyur və hadisələri ürək ağrısı ilə izləyirlər. T.Rzayevin fikrincə, Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan erməni xalqının aldadıldığını, bir qrup terrorçu rəhbər tərəfindən terrora məruz qaldığını bəyan edərək, bir daha öz uğursuzluqlarını etiraf edib.

T.Rzayev onu da bildirib ki, son illərdə Azərbaycan güclənib və hər hansı təsir onun üçün qəbuledilməzdir. Azərbaycanla təzyiq və təsir dili ilə danışmaq heç zaman fayda verməz. Ölkə Prezidenti İlham Əliyev bütün problemlərin qarşılıqlı anlaşma şəraitində həll olunmasının tərəfdarıdır və təzyiq vasitəsinin önəmli olmadığını, ölkəsinin bu təzyiqlərdən çəkinmədiyini dəfələrlə bəyan edib."

Millət vəkili daha sonra qeyd edib ki, öz ərazi bütövlüyünü bərpa etmək və işğal altında olan torpaqlarını təcavüzkarlardan təmizləmək Azərbaycan xalqının borcu və haqqıdır: "Beynəlxalq hüququn norma və prinsipləri bunu təsdiq edir. Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi və hərbi gücü Ermənistanla münasibətləri istər sülh, istərsə də hərb yolu ilə öz xeyrinə həll etməyə imkan verir. Bunu erməni xalqı dərk etsə də, Ermənistanın hakim dairələri başa düşməkdə acizdirlər. Bu acizlik və yeridilən təcavüzkarlıq siyasəti isə Ermənistanı daha dərin uçurumlara aparır".

RƏFİQƏ

Digər xəbərlər