PDF Oxu

Sosial

  • 20

Gənc ailələrlin sosial müdafiəsi ilə bağlı qanun layihəsi hazırlanır

Eldar İbrahimov: "2013-cü ildə İpoteka kreditlərinin verilməsi genişləndiriləcək"

Gənc ailələrlin sosial müdafiəsi ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda gənc ailələrin həyat səviyyəsinin yüksəldilməsi, onların sosial-məişət problemlərinin həlli ilə əlaqədar bir sıra addımlar atılır, dövlət proqramları qəbul edilir. Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Proqramda gənc ailələrin sosial problemlərinin həlli, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması kimi məsələlər öz əksini tapıb. Bu yaxınlarda "2011-2012-ci illərdə az gəlirli ailələrə sosyal yardım" haqqında yeni Dövlət Proqramı qəbul edilmişdir. Bu proqramın məqsədi az gəlirli ailələrə dövlət tərəfindən birdəfəlik maliyyə yardımları göstərməklə onların kiçik iş qurmalarına yardım etməkdir. 2013-cü ilin büdcə müzakirələrində ünvanlı dövlət sosyal yardımın genişləndirilməsi məqsədilə ehtiyac meyarının minumuma çatdırılması gözlənilir. Vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına yönəldilmiş proqramlardan biri də gənc ailələrə mənzil sahibi olmaq üçün verilən İpoteka kreditləridir. Sosial ipoteka kreditləri bəlli sosial qruplara az faizli və uzunmüddətli mənzil kreditlərinin verilməsidir ki, bu da dövlətin gənclərə verdiyi qiymət və qayğının təcəssümüdür. Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək İpoteka xətti ilə verilən ipoteka kreditlərinin həcmi 391,12 mln.manat olub. Qəzetimizə verdiyi açıqlamasında millət vəkili Eldar İbrahimov bildirdi ki, "Gənc ailələrə dəstək məqsədiylə verilən sosyal ipotekanın əvvəlki illərə nisbətən 2013-cü ildə genişləndirilməsi nəzərdə tutulur, bu da daha çox gənc ailənin bu proqramdan yararlanmasına imkan verəcək." Daha çox gənc ailə bank faiziylə ipotekadan istifadə edə biləcək.

Qeyd edək ki, 2013-cü il ücün dövlət büdcəsindən İpoteka Fonduna 40 mln.manat ayrılması nəzərdə tutulur ki, bu da 2012-ci ilin göstəricisindən iki dəfə artıqdır. Bir mövzuya da toxunaq ki, elm işçilərinin, alimlərin maaşları aşağı olduğundan ipoteka kreditlərindən istifadə edə bilmirlər. Bu kimi məsələləri nəzərə alaraq, 2013-ci ilin dövlət büdcəsindən elm sahəsinə 219,1 milyon manat vəsait ayrılıb. 2012-ci illə müqayisədə 5,7 milyon manat çoxdur. Ümüd edir ki, bu artım elm adamlarının maaşlarına da təsirini göstərəcək. Milli Məclisdə gənclərin sosial müdafiəsi ilə bağlı yeni qanunun qəbulu gözlənilir. Artıq bununla bağlı Sosial Siyasət Komitəsinin yeni qanun layihəsi üzərində işlədiyi bildirilir.

İntizarə Məmmədova

Digər xəbərlər