PDF Oxu

Sosial

  • 13

Bu gün Ümumdünya AİDS günüdür

Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir

Bu gün Ümumdünya AİDS günüdür

Hər il dekabr ayının 1-də Ümumdünya AİDS günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü hər il keçirilir.

Məlumdur ki, HİV infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə birləşmiş proqramının və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir.

Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu günədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası təsdiq olunmuş 2200-dən artıq insan qeydiyyata götürülmüşdür. Onlardan 96%-i Azərbaycan vətəndaşı, 4% isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 84%-i kişi, 16-ı isə qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 400-dən artıq, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 300 nəfərə qədər olmuşdur.

Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu günədək 29,7%-i Bakı şəhəri və Abşeron rayonunda, 68,5%-i respublikanın digər ərazisində qeydiyyatda olan şəxslərdir.

Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 8.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 300-dən artıq insan cəlb olunmuşdur.

Səhiyyə Nazirliyi tərəfindən 2012-ci ilin dekabr ayının "Sağlam həyat uğrunda" devizi altında profilaktik tədbirlər ayı elan etməsi əhəmiyyətlidir. Sağlamlıq ayının əsas məqsədi insanları mütəmadi müayinədən keçməyə alışdırmaqdır. Sağlamlıq ayının konsepsiyasına uyğun olaraq, insanları sağlam həyat tərzinə cəlb etmək məqsədilə keçiriləcək bu aylıq ölkənin bütün regionlarını əhatə edəcək.

İnsanlar müayinələrdən keçməklə, ilk növbədə, öz sağlamlıqlarına əmin ola bilər, hər hansı xəstəliyi erkən mərhələdə aşkarlamaq imkanı qazanarlar. Bu profilaktik müayinələr xəstəliyi vaxtından əvvəl aşkara çıxararaq, daha tez və effektli müalicə olunmasına imkan verəcək.

NƏZAKƏT

Digər xəbərlər