PDF Oxu

Sosial

  • 21

"Gələn ilin dövlət büdcəsinin 30 faizini sosial xərclər təşkil edir"

Hadi Rəcəbli: "Təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılması daim gündəmdə olan məsələdir"

"Gələn ilin dövlət büdcəsinin 30 faizini sosial xərclər təşkil edir"

\r\n

\r\n

\r\n Milli Məclisin ötən plenar iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi keçirilərək qəbul olundu. Ötən illərin büdcələrində olduğu kimi, gələn ilin dövlət büdcəsinin də əsas hissəsini sosial xərclərin təşkil edildiyi bildirildi. Bu və digər məsələlərlə bağlı qəzetimizə münasibət bildirən parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli vurğuladı ki, bütövlükdə, dövlət büdcəsinin 30 faizini sosial xərclər təşkil edir: \"Ümumilikdə isə, növbəti ilin büdcəsi sosialyönümlü, investisiya tutumlu və ehtiyatlı büdcədir.

\r\n

\r\n Əlbəttə ki, burada büdcənin ehtiyatlı olması da önəmlidir. Çünki bəzən elə proqramlar nəzərdə tutulur ki, onlar bu gün üçün vacibdir. Nəzərə alsaq ki, Azərbaycanın dövlət büdcəsi son 10 ildə ardıcıl olaraq 20-25 faiz civarında artıb, onda inkişafın nə dərəcədə böyük olduğunu aydın şəkildə görürük. Təxminən 20 il əvvəl 1 milyard dollarlıq büdcə ilə 30 faiz sosial məqsədlərə ayrılırdısa, onun həcmi indiki ilə müqayisədə xeyli azdır. Bu gün 20 milyard dollarlıq büdcə ilə 28 faizlik vəsaitin nə demək olduğu hər birimizə aydındır. Ehtiyatlı büdcə məsələsini həm də o baxımdan deyirəm ki, biz bir vaxtlar sosial məqsədlərə xidmət edən investisiya ayırmalarını daha böyük həcmdə edirdiksə, indi o sürət lazım deyil. Yəni məktəblərin, tibb ocaqlarının və s. əvvəlki sürətlə tikintisinə ehtiyac yoxdur. Çünki ötən illər ərzində bu işlər sürətlə həyata keçirilib. Bütövlükdə isə, hesab edirəm ki, dövlət büdcəsinin baş məqsədi insanlara xidmət etməkdir\".

\r\n

\r\n H.Rəcəbli büdcədə sosialyönümlü xərclərin müxtəlif sahələr yönəldilməsi ilə bağlı məsələyə da aydınlıq gətirdi. Onun sözlərinə görə, 2013-cü il büdcəsinin 10,1 faizi bilavasitə sosial müdafiəyə ayrılıb: \"Yəni buraya əlillərə, o cümlədən, Qarabağ əlillərinə müavinətlərin verilməsi, sosial reabilitasiya məsələləri, ünvanlı sosial yardımın verilməsi və digər məsələlər daxildir ki, bu da büdcənin böyük hissəsini özündə ehtiva edir. Azərbaycanda 488 min əlil var ki, bunun da təxminən 55 mini uşaqlardır. Bütün qrup əlillərə də sosial müavinətlər verilir\".

\r\n

\r\n Gələn ilin büdcəsindən 800 milyon manatın yalnız əməkhaqlarının artırılmasına ayrıldığını vurğulayan komitə sədri təhsil və səhiyyə işçilərinin əməkhaqlarının artırılmasının daim gündəmdə olan məsələ olduğunu söylədi: \"2013-cü il elm xərclərinə 129,1 milyon manat, 2012-ci illə müqayisədə 5,7 milyon manat və ya 4,6 faiz çox vəsait ayrılması proqnozlaşdırılıb. Həmin xərclər fundamental elmi tədqiqatların maliyyələşməsinə yönəldiləcək. Bu sırada Elmin İnkişafı Fonduna 7 milyon manat vəsait ayrılıb. 2013-cü ildə təhsil xərcləri üçün 1 milyard 530 milyon 400 min manat proqnozlaşdırılıb. Bu, 2012-ci illə müqayisədə 18,8 milyon manat və ya 1,2 faiz çoxdur. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 798,8 mln. manatı və ya 52,2 faizi natamam və orta təhsil xərclərinin, 394,4 mln. manatı və ya 25,8 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və təhsil sahəsində digər xidmətlərin, 57,2 mln. manatı və ya 3,7 faizi ali təhsil xərclərinin, 145,8 mln. manatı və ya 9,5 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin, 81,1 mln. manatı və ya 5,3 faizi texniki-peşə məktəblərinin və liseylərin, 53,1 mln. manatı və ya 3,5 faizi internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcək.

\r\n

\r\n Səhiyyə xərcləri üçün isə 2013-cü ilin dövlət büdcəsindən 666,3 milyon manat ayrılacaq. Bu, 2012-ci illə müqayisədə 3,6 milyon manat və ya 0,5 faiz çoxdur. Ayrılan vəsaitin 326,8 mln. manatı və ya 49,0 faizi xəstəxanaların, 98,0 mln. manatı və ya 14,7 faizi poliklinikalar və ambulatoriyaların saxlanılması xərclərinə, 232,4 mln. manatı və ya 34,9 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 9,1 mln. manatı və ya 1,4 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək. Son 5 ildə (2009-2013-cü illər) dövlət büdcəsinin cari xərclərində səhiyyə xərcləri 263,9 mln. manat və ya 65,6 faiz artıb\".

\r\n

\r\n Gələn il il bir sıra sahələrdə maaş, pensiya və müavinətlərin artırılması da nəzərdə tutulur.

\r\n

\r\n

\r\n

\r\n R.HÜSEYNOVA

Digər xəbərlər