PDF Oxu

Sosial

  • 24

"Eurovision-2013" Mahnı Müsabiqəsinin həyacanı başlanır

Azərbaycanı təmsil edəcək namizədlərin milli seçim turuna 17 dekabr tarixində start veriləcək

"Eurovision-2013" Mahnı Müsabiqəsinin həyacanı başlanır

Artıq bir neçə ildir ki, Azərbaycan "Eurovision" Mahnı Müsabiqəsinə böyük təntənə ilə hazırlaşır. Müsabiqədə musiqiçilərimizin bir neçə il iştirakına baxmayaraq, böyük uğurları ilə dünya musiqiçilərini təəccübləndirdilər. "Eurovision-2011" Mahnı Müsabiqəsində qalibiyyət, Azərbaycan təmsilçilərinin dünya məkanında birinciliyi əldə etməsi tarixi qələbəmizlə nəticələndi. Ümumavropa, eləcə də, dünyanın müxtəlif qitələrini əhatə edən "Eurovision" yarışması 57 illik tarixində Bakıda keçirilməsinə vəsiqə aldı. "Eurovision-2012" Mahnı Müsabiqəsini ölkəmizdə keçirilməsi uğurumuzun ən zirvə nöqtəsi oldu. Möhtəşəm beynəlxalq layihənin ölkəmizdə təşkili əlamətdar hadisəyə çevrildi.

İlk növbədə, qeyd etdiyim kimi, bu müsabiqənin əhəmiyyəti Azərbaycanın dünyaya inteqrasiya prosesində daha bir addım oldu. Azərbaycan bir dövlət olaraq dünya miqyasında təkcə nefti ilə deyil, milli mədəniyyəti, incəsənəti ilə tanınmış və nailiyyətlər bizi müşayiət edib. Məhz dünya miqyasında təbliğ edilən və uğur qazanan mədəniyyət və incəsənətimizi gələn qonaqlar öz məkanında görmək imkanını əldə edə bildilər. Günü-gündən gözəlləşən, müasirləşən Bakı ilə tanışlıq yaddaşlara yeni səhifələr açdı. Sözsüz ki, belə vəziyyətdən sonra dünya məkanında Azərbaycanı tanıyanların və ölkəmiz haqqında yüksək fikirdə olan insanların sayı daha da artdı. Bu dünya mətbuatının səhifələrində diqqətdən kənarda qalmadı.

İsveçrəli musiqiçinin "Bakı Kristall Zalı"ndakı uğuru möhtəşəm yarışmanı məhz təmsil etdiyi ölkəyə apardı. Artıq bütün ölkələrdə "Eurovision-2013" Mahnı Müsabiqəsinə hazırlıq işlərinə başlanılıb. Dünya ölkələri 58-ci dəfə keçiriləcək musiqi yarışması ərəfəsindədirlər. Azərbaycanda da Ümumavropa şousuna start verilib. "Eurovision-2012" Mahnı Müsabiqəsində məsuliyyətli tədbirin həyacanını yaşayan dövlət kimii deyə bilərik ki, İsveçrədə də bu təntənəli, məsuliyyətli bir dövrdədir. Bu uğur, Azərbaycanda olduğu kimi, İsveçrədə də mədəniyyət və incəsənət sahəsində atılan addımların bəhrəsi idi.

Hər il olduğu kimi, bu il də Azərbaycan "Eurovision-2013" Mahnı Müsabiqəsinə qatılacaq ifaçının seçim turuna start verəcək. Bu mərhələdə 80-ə yaxın iştirakçı mübarizə aparacaq. "Eurovision 2013" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin müəyyənləşdirilməsi məqsədilə keçirilən milli seçim turuna dekabr ayının 17-də start veriləcək. Milli seçimlərə qatılmaq üçün sənəd verən 128 nəfər arasından münsiflər heyəti tərəfindən 80-ə yaxın iştirakçı artıq seçilib. Eurovision.az saytının məlumatına əsasən, dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsində, 1-5-ci günlər (həftənin 5 günü) İctimai Televiziyanın canlı efirində yarışacaqlar.

İştirakçılar 8 qrupa bölünüb, 8 həftə ərzində yarışacaqlar. Hər qrup həftənin ilk beş günü öz bacarığını nümayiş etdirəcək. Bazar ertəsi "Avroviziya" hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. Cümə günü sərbəst gündür. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər.

Qeyd edək ki, milli seçim turunun 2013-cü il mart ayının ortalarında başa çatdırılması nəzərdə tutulub. Xatırladaq ki, "Eurovision - 2013"-ün yarımfinalları 14 və 16 may, final isə 18 may tarixində keçiriləcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər