PDF Oxu

Sosial

  • 26

Xəzər dənizinin karbohidrogen ehtiyatları...

Aydın Mirzəzadə:"Bu resurslar xalqın rifah halının daha da yaxılaşmasına və dünyada imicinin yüksəlməsinə xidmət edir"

Xəzər dənizinin karbohidrogen ehtiyatları...

Xəzər dənizi hövzəsi özünün böyük karbohidrogen resursları ilə dünya siyasəti və iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edən mühüm geostrateji və geoiqtisadi amillərdən birinə çevrilmişdir. Burada mühüm geoiqtisadi amil böyük neft və qaz ehtiyyatına görə Xəzərin dünya miqyasında İran və Sibir körfəzindən sonra üçüncü yer tutmasıdır. Qərbin və Rusiyanın enerji resursları uğrunda geosiyasi rəqabəti 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalandıqdan sonra daha qabarıq şəkildə özünü göstərdi. "Əsrin müqaviləsi" ilə Xəzər dənizi beynəlxalq sərmayəyə açıq oldu ki, bu da ölkəmizə birbaşa milyardlarla sərmayə qoyulmasına imkan yaratdı. Neft və qaz təchizatının şaxələndirilməsində, neftin digər ölkələrə nəqlində Bakı-Tibilisi-Ceyhan boru kəmərinin misilsiz rolu danılmazdır. Neft və qaz sahəsində güclü əmakdaşlıqların qurulması, enerji dəhlizlərinin yaradılması ilə Azərbaycanın karbohidrogen ehtiyatlarının Qərbə nəqli ən böyük uğurlardan hesab oluna bilər. Bir tərəfdən neft-qaz kontraktlarında iştirak uğrunda iri kompanyalar arasında rəqabət, digər tərəfdən neft və qazın bu regionda dünya bazarlarına nəqlində dövlətlər, xüsusilə də, Rusiya və ABŞ arasında yaranan tendensiya müasir geosiyasi situasiyanı səciyələndirən amillərdəndir. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarına malik olması Azərbaycanın dünyada rolunun möhkəmlənməsi, nüfuzunun artması baxımından, eləcə də, Avropa enerji təhlükəsizliyində əhəmiyyətli rolunun olması danılmaz faktdır. Təbii ki, bunu da bir çox dövlətlərin narahatlığına səbəb kimi göstərə bilərik.

"Səs" qəzetinə açıqlama verən millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, "Bu gün dünyada əsas enerji lahihələri, çıxışları karbohidrogen resursları hesabına həyata keçirilir. Amma Azərbaycan bu məsələlərdə heç vaxt özünü nümayiş etdirmək nöqteyi -nəzərindən çıxış etmir. Onun yerləşdiyi bölgə və relyef bütün Avropa məkanına investisya kimi təsəvvür edilməsində Azərbaycana verdiyi töhfə çox böyük rol oynayır. İkinci bir məsələ isə Azərbaycan iqtisadiyyatının bu gün şaxələnmiş şəkildə Avropaya çatdırılmasıdır. Bir çox ölkələr karbohidrogen ehtiyatlarını siyasi alət kimi istifadə edirlər. Bu gün Avropa enerji resurslarını, bir qayda olaraq, öz məkanından kənarda reallaşdırır. Bir sıra hallarda bu alqı-satqı prossesi müəyyən siyasi hadisələr fonunda yerinə yetirilir və yaxud da problemlər yaradır: "Azərbaycanla bağlı Avropada bir çox ölkələr böyük nailiyyətlərinin şahidi olurlar. Təsadüfi deyil ki, Avropa Birliyinin enerji məsələləri üzrə komissarı bildirdi ki, Avropada Azərbaycan enerji məsələlərində əvəzsiz rol oynayır. Azərbaycan MDB məkanında digər dövlətlərdən fərqli olaraq bütün siyasi-iqtisadi proseslərdə iştirak edir, öz mövqeyini sərgiləyir. Azərbaycan bu gün Avropa instutlarına inteqrasya edir və biz bu işdə hər zaman dəstək oluruq. Mən hesab edirəm ki, Azərbaycanın Avropa ilə enerji məsələlərində münasibətləri yaxşıdır və bundan sonra da dünya bu münasibətləri çox yüksək dəyərləndirəcək. Ümumiyyətlə, Azərbaycanın enerji resurslarının Avropa bazarında sıxışdırılmasından söz gedə bilməz və onun haqqında mənfi rəy yaratmaq lazım deyil. Avropa bazarı çox böyük bazardır, burda hər bir ölkənin enerji ehtiyatlarına yer var."

İntizarə Məmmədova

Digər xəbərlər