PDF Oxu

Sosial

  • 38

Kibernetika İnstitutu illik fəaliyyətinə yekun vurmuşdur

Kibernetika İnstitutu illik fəaliyyətinə yekun vurmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kibernetika İnstitutunun illik fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

AMEA-dan AzərTAc-a verilən məlumata görə, institutun illik hesabatını təqdim edən bu elm müəssisəsinin direktoru, akademik Telman Əliyev demişdir ki, institutda elmi-tədqiqat işləri iki problem - informasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemləri və riyazi modelləşdirmənin, idarəetmənin və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri üzrə aparılmışdır.

Birinci istiqamət üzrə 7 mövzuya dair 16 elmi-tədqiqat işinin 17 mərhələsi yerinə yetirilmiş və 5 elmi-tədqiqat işi başa çatdırılmışdır. İkinci problem üzrə isə 12 mövzuya dair 32 elmi-tədqiqat işinin 32 mərhələsi yerinə yetirilmiş, 9 elmi-tədqiqat işi başa çatdırılmışdır. O, institutda aparılan elmi-tədqiqat işlərinin 4 istiqamət - "Sənaye obyektlərinin rentabelliyinin artırılmasına və rəqabətədavamlı məhsul istehsal etməyə imkan verən hibrid informasiya texnologiyalarının və intellektual idarəetmə sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri", "Ölkənin iqtisadiyyatı və ekologiyasına böyük miqyaslı zərər vura bilən qəzaların proqnozlaşdırılmasını təmin edən monitorinq texnologiyalarının və sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri", "İqtisadi və istehsalat proseslərinin riyazi modelləşdirilməsi, identifikasiyası, optimallaşdırılması və idarə olunmasının nəzəri və tətbiqi problemləri" və "İntellektual texnologiyaların və informasiya-telekommunikasiya sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri" üzrə yerinə yetirildiyini söyləmişdir.

Kibernetika İnstitutunun cari il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında ətraflı məlumat verən direktor institutda 22 elmi-tədqiqat işinin aparıldığını diqqətə çatdırmışdır.

T.Əliyev institut alimlərinin elmi rəhbərliyi altında 1 doktorluq, 7 fəlsəfə doktoru üzrə dissertasiya işinin müdafiə olunduğunu bildirmişdir. O, həmçinin hesabat ilində əməkdaşlar tərəfindən ümumilikdə 353 elmi əsərin də çap olunduğunu söyləmişdir.

AzərTAc

Digər xəbərlər