PDF Oxu

Sosial

  • 36

"Uşaqların icbari dispanserizasiyası haqqında" yeni qanun layihəsi hazırlanır

"Uşaqların icbari dispanserizasiyası haqqında" yeni qanun layihəsi hazırlanır

"Uşaqların icbari dispanserizasiyası haqqında" yeni qanun layihəsi hazırlanır. Layihə birinci oxunuşda parlamentin sosial-siyasət komitəsinin iclasında müzakirə olunub. Milli Məclisin sosial siyasət komitəsinin 2013-cü il fevralın 1-də keçirilən yaz sessiyasının ilk iclasında görüləcək işlər planına salınıb. Parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, bu sessiyada müzakirəyə çıxarılan mühüm sənədlərdən biri yeni hazırlanan "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsidir. Ölkədəki səhiyyə müəssisələrinin yenidən qurulması və müasir avadanlıqlarla təchizatı, dövlətin bu sahəyə diqqətinin getdikcə daha da artması, səhiyyə xidmətinin yüksəlməsi belə bir qanunun qəbuluna imkan yaradır. Bu qanunun qəbul olunmasında məqsəd uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılması və uşaqların xəstəliklərdən qorunmasıdır. 16 maddədən ibarət layihədə uşaqların məcburi dispanserizasiyaı sahəsində dövlət təminatlı yardım tədbirləri əksini tapır. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub".

Komitə sədri onu da vurğuladı ki, ötən sessiyada hazırlanan yeni qanun layihələri ilə bağlı iş davam etdiriləcək, Ailə Məcəlləsinə, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna və daha bir neçə sənədə təklif olunan dəyişikliklərə baxılacaq.

RƏFİQƏ

Digər xəbərlər