PDF Oxu

Sosial

  • 25

Aztəminatlı ailələrə dövlət qayğısı artırılır

Aztəminatlı ailələrə dövlət qayğısı artırılır

Ölkə Prezidenti İlham Əliyev imzaladığı "Ünvanlı dövlət sosial yardımı haqqında" Sərəncamı ilə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi tənzimlənmişdir. Sosial yardım ailənin yaşayış yeri üzrə rayon, şəhər əhalinin sosial müdafiəsi mərkəzində yaradılmış komissiya tərəfindən təyin edilir. Sosial yardımın təyin edilməsi zamanı şəffaflığı təmin etmək məqsədi ilə, hüquqi-təşkilati formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların nümayəndələrinin təşəbbüsü ilə onların komissiyanın iclaslarında iştirakı təmin edilir. Sosial yardımın təyin edilməsinə və verilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

"Vətəndaşlara və ya ailələrə ünvanlı sosial yardımın ayrılması zamanı həmin ailənin orta aylıq gəliri nəzərə alınır. Ailədə adambaşına düşən gəlir 75 manatdan azdırsa, bu ailə ünvanlı sosial yardım alır, Ailənin 4 üzvü varsa və onların gəlirləri ayda 200 manatdırsa, bu ailəyə 100 manat məbləğində ünvanlı sosial yardım verilir. Ailədə əmək qabiliyyətli şəxslər varsa, lakin onlar üzürsüz səbəbdən işləmirlərsə, onlara ünvanlı sosial yardım ödənilmir". Ailədə 8 yaşa qədər uşağın və 70 yaşdan yuxarı yaşlı insanın olduğu təqdirdə həmin ailəyə də ünvanlı sosial yardım düşür. Lakin bu barədə arayış tələb edilir. Qeyd edim ki, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minib və iyulun 1-dən fəaliyyətə başlayıb. 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat məbləğində müəyyən edilmişdi. 2013-cü il üçün isə ehtiyac meyarının həddini 93 manat məbləğində təsdiq edilib. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Sosial yardımın 3 əsas prinsipindən biri bərabərlik prinsipidir. Qeyd edək ki, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında istifadə edərək, elektron xidmətlər vasitəsi ilə də sənədlərini göndərə bilərlər. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. Ötən il Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yaşa görə müavinət alanların sayı 15,7 min nəfər, əlilliyə görə 105,5 min nəfər, ailə başçısını itirməyə görə 38,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 62,3 min nəfər olub. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 736 nəfər qəyyumuna, eləcə də, 10,4 min ailəyə 20,6 min uşaq üçün aylıq müavinət verilib. Sosial yardım hüququna müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri, onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə rayon, yaxud şəhər əhalinin sosial müdafiəsi mərkəzlərində fəaliyyət göstərən "Ünvanlı sosial yardım təyin edən komissiya"lar tərəfindən təyin olunur. Nazirlikdə bildirirlər ki, ailənin orta aylıq gəliri hesablanan zaman rəsmi və qeyri - rəsmi mənbələrdən ailəyə daxil olan pul və natura formasında bütün gəlirlər nəzərə alınır. Bu il ünvanlı sosial yardımın orta aylıq məbləği bir ailə üçün 120-130 manat həddində müəyyən ediləcəyi nəzərdə tutulur. Hazırda sosial yardımın məbləği bir ailə üçün 110 manat təşkil edir. Hazırda Azərbaycanda təxminən 130 mindən çox ailə ünvanlı sosial yardım alır. Azərbaycanın 2013-cü ilə dövlət büdcəsində ünvanlı sosial yardımın verilməsi üçün 206,2 mln.manat nəzərdə tutulub. 2013-cü ilə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 125 manata, pensiyaçılar üçün 94 manata, uşaqlar üçün 93 manata bərabərdir. Bundan əlavə, Azərbaycanda ünvanlı sosial yardım da mövcuddur. Bu az məbləğdə sosial müavinət alan insanlara əlavə ünvanlı sosial yardımlar vermək imkanı var".

Ruqiyyə Cəfərova

Digər xəbərlər