PDF Oxu

Sosial

  • 78

Ölkə qanunvericiliyinin tələblərini pozmuş 574 əcnəbi aşkar edilibdir

Ölkə qanunvericiliyinin tələblərini pozmuş 574 əcnəbi aşkar edilibdir

Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilibdir. Keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 574 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə, müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 30 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıbdır. Həmçinin, 517 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 27 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul olunub, inzibati qanun pozuntusuna yol vermiş əksəriyyəti Gürcüstan vətəndaşı olmaqla 159 nəfər İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilibdir.

Ümumiyyətlə, həftə ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1141 müraciət daxil olubdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul olunmuşdur.

Bununla yanaşı, işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə də xidmətin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 15 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 4 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilibdir.

ÜLVİ

Digər xəbərlər