PDF Oxu

Sosial

  • 67

Müharibə Ermənistanın məhvi demək olar

Müharibə Ermənistanın məhvi demək olar

\r\n

\r\n

\r\n

\r\n

\r\n Elşad Mirbəşiroğlu: \"Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistana dəstək verən beynəlxalq güclərin ikili siyasəti hesab etmək olar\"

\r\n

\r\n

\r\n

\r\n Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistana dəstək verən beynəlxalq güclərin ikili siyasəti hesab kimi dəyərləndirilir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin konkret mövqe ortaya qoymamaları və işğalçı Ermənistanı adı ilə çağırmamaları münaqişənin həllinin uzanmasına səbəb olan amillərdən sayılır. Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, əgər işğalçı ölkə olan Ermənistana hər hansı bir dövlət tərəfindən güclü dəstək olmasaydı, bu günə qədər Azərbaycan torpaqlarını işğal altında saxlamazdı: \"ATƏT-in Minsk Qrupu həmsədrliyində təmsil olunan ABŞ, Fransa və Rusiya kimi ölklərin Ermənistana kifayət qədər böyük təsir imkanları var. Lakin bunlar Ermənistana qarşı hər hansı bir formada təzyiq göstərmək istəmirlər. Bu baxımdan da, Ermənistan özünü çox arxayın hiss edərək, Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Ümumiyyətlə, bu gün işğalçı ölkəyə həm maddi, həm də mənəvi dəstək göstərən dövlətlər mövcuddur. Bütün bunları nəzərə alaraq demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistana dəstək verən beynəlxalq güclərin ikili siyasəti hesab etmək olar.

\r\n

\r\n \"Ermənistanın qeyri-konustruktiv mövqe tutması Rusiyaya arxalanmasından irəli gəlmir ki\" sualını cavablandıran politoloq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın qeyri-konstruktiv mövqe tutması Rusiyaya arxalanmasından irəli gəlir: \"Bu siyasət bütövlükdə Ermənistanın özünün reallaşdırdığı siyasət deyil. Demək olar ki, işğalçı Ermənistanın atdığı bütün addımları Rusiya müəyyənləşdirir. Yəni, Rusiya dövləti tərəfindən işğalçı ölkə olan Ermənistana qarşı çox böyük bir dəstək var. Rusiya bu gün Qafqazda Ermənistanı özünün dayaq nöqtəsinə çevirib. Bir sözlə, Ermənistan Rusiyadan dəstək olaraq bu işğalçılıq siyasətini davam etdirməkdədir. Bütün bunlara baxmayaraq Azərbaycan işğal altında olan torpaqlarını qısa müddətdə azad etməyə qadirdir. Sadəcə olaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır. Müharibə baş versə Ermənistanın bir dövlət kimi mövcudluğuna son qoyula bilər\".

\r\n

\r\n

\r\n

\r\n GÜLYANƏ

Digər xəbərlər