PDF Oxu

Sosial

  • 21

ARGTMŞ-nın nümayəndəsi beynəlxalq müzakirələrdə iştirak edib

ARGTMŞ-nın nümayəndəsi beynəlxalq müzakirələrdə iştirak edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Polşada, Polşa Təhsil Nazirliyi, Avropa Komissiyasının Gənclər Fəaliyyətdə (Youth in Action) proqramı çərçivəsində yardılmış Polşa Milli Agentliyi tərəfindən təşkil olunan "V4 gəncləri" adlı dəyirmi masada iştirak edib. SİA-nın məlumatına görə, Visegrad ölkələri (Polşa, Çexiya, Macarıstan, Slovakiya) və Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Moldova, Gürcüstan, Ukrayna, Belarusiya, Ermənistan) gəncləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılması olan dəyirmi masada, sözü gedən ölkələri təmsil edən 40-a yaxın fəal gənc iştirak edib.

Dəyirmi masa zamanı hər 2 regionun gənclərinin əməkdaşlığının gücləndirilməsində əsas istiqamətlər kimi, gənclər fəallaşdırılması, qarşılıqlı səfərlərin təşkil olunması, birgə layihələrin təşkili və qrantların artırılması ətrafında müzakirələr aparılıb və gənclər tərəfindən təkliflər irəli sürülüb.

Dəyirmi masa ərəfəsində həmçinin ARGTMŞ-nın nümayəndəsi tərəfindən iştirakçılarla görüşlər keçirilib, onlara ARGTMŞ-nın fəaliyyəti, əməkdaşlıq imkanları, həmçinin ölkəmizdə gənclərin fəallaşdırılması istiqamətində atılan addımlar haqqında məlumat verilib.

sia.az

Digər xəbərlər