Tələs, Allaha doğru tələs...
Ya Rəbb, sənə sığınırıq! Ramazan ayında yaxşılaşa bilməməyimizə görə Sənə sığınırıq! Sən böyüksən, lütfünlə bizi tərbiyələndir, nurunla nurlandır, gözəlliyinlə qəlbimizi gözəlliyə qərq et. Bütün ötən günlər ömür təqvimindən düşən yarpaqlara bənzəyirsə, Ramazan ayının mübarək günlərindən ötən hər gün, hər saniyə, hər an belə, daha dəyərli olduğu üçün itkisi də daha ağrılı olur. Ömürdən neçə Ramazanlar getmiş. Allahım, daha gözəl və daha bərəkətli Ramazan günləri yaşat bizlərə. Ramazan ayının gecələri kimi, gündüzlərinin də qədrini öyrət bizə. Allahım, hər günümüzü Ramazan günləri kimi bərəkətli et. Oruc könül gövhəri olan qəlbimizi Ramazanın aclıq və susuzluq atəşində yandıraraq paslardan təmizlənməsidir. Atəş hər hansı bir şeyi yandırıb bitirdiyi kimi orucun da insanların günahlarını yandırıb yox etməsində gizlənmişdir. Bizi doğru yola yönəldən, xoşbəxtlik açarını bizə təqdim edən Rəbbimiz bu ayəsi ilə orucun ana qayəsini açıq göstərir. Oruc... Pisliklərdən çəkinmək, yəni təqva, təmizlənərək ucalmaq qazanılan üstün bir keyfiyyətdir. "Biz Allaha məxsusuq və Onun yanına qayıdacağıq" ( əl-Bəqərə, 156) Ya Rabbim, Sənə Sənin razı qalacağın şəkildə qayıda bilməyi nəsib et! Oruc insana təqvanı qazandıran önəmli bir nəfs tərbiyəsidir. Möminin qəlbi Allahın evidir. Gözəllik olan yerdə pisliyə yer yoxdur. Pisliyin daxil olduğu yeri gözəllik tərk edər. Yaratdığını gözəl tanıyan Rəbb onu heç bir zaman rəhmətindən məhrum etmir. Bu səbəbdən də insanın düşmənini zəncirə vuraraq qulunun təmizlənmək, ona yaxınlaşa bilməsi üçün rəhmət ayı olan Ramazan ayı kimi bir yardımçı vermişdir. İldə bir dəfə ümmət olaraq cəm şəkildə tutulan oruc sayəsində bu zədələnmə təmir olunmuş olur. Zərərə məruz qalmış yerlər yenilənir. Həmd olsun bizləri sevən, lütfü ilə tərbiyə edən, mərhəmətindən əksik etməyən aləmlərin Rəbbi Allaha. Qəlbin də, ruhun da qidası Nurdur, gözəllikdir. Nümunələr nümunəsi Rəsulumuz qəlbi, cismi təmizləyərək ruhu rahatlandıran orucun fəziləti haqda nələr öyrətməmişdir. Adəm oğlunun hər əməlinə on qatdan yeddi yüz qata qədər savab verilir. Ancaq Allah (c.c) belə buyurur: "Oruc bunun xaricindədir. O, mənim üçündür və onun savabını da ancaq mən verirəm. Qulum mənim üçün şəhvəti, arzusunu və yeməyini tərk etməkdədir. Oruclu üçün iki rahatlama vardır. Bir rahatlama orucunu açdığı zaman, bir rahatlama da Rəbbinə qovuşduğu sıradadır. Hər iftar vaxtında Allahın cəhənnəmdən azad etdiyi insanlar vardır. Bu, hər gecə belə davam etməkdədir.
Oruc sizin döyüş zamanı istifadə etdiyiniz qalxan kimi bir qalxandır. Ey Adəm övladı, tələs, paklanmağa tələs, sev-sevil, paylaş. Ramazan ayı Quran ayıdır. Ramazan Quranın yerdə doğum ayı, yerə göndərilən gündür. Quranın şərəfi Ramazan ayını şərəfləndirir. Quran şərəfilə şərəflənərək hər gününü Ramazan et. Allaha paklığa doğru aparan, möminin miracı olan namazlara tələs. Ramazan ayı təravih namazlarının ayıdır. Gecə namazlarında Rəbbini zikr et. Hər gecəni gecə namazları ilə nurlandır. Dua et. Ramazan ayı dua ayıdır. Yardıma ehtiyacı olanların yardımına tələs. Çünki Allah yardım edəndir, yardım edənləri sevir. Hər kəsə mərhəmət göstər. Çünki Allah mərhəmətlidir, mərhəmətliləri sevir. Allahın sevgisini qazanmağa tələs. Allahın sevgisini qazanmağa cəhd et!
Ətrafını nemətlərilə dolduran səxavətli Allahın qəzəbinə səbəb ola biləcək, orucun gözəlliyinə xələl gətirə biləcək hər bir pislikdən qaç, uzaqlaş. Tələs, Allaha tələs... Ya Rəbbim, Ramazan ayımızı təqvamızın yeniləşməsinə, artmasına vəsilə et. Ya Rəbbim, bizlərə hər iki dünyada gözəlliklər nəsib et. Amin.
İmsak:05:03
İftar: 21:21
Mübarək Ramazan ayının 15-ci gününün duası: Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə xatir ey qorxanların sığınacağı!
Hazırladı: SƏDAQƏT