PDF Oxu

Sosial

  • 9

RƏBBİM BİZİ BU QƏDR GECƏSİ DƏ HƏQİQİ İBADƏT EDƏNLƏRDƏN VƏ BAĞIŞLANANLARDAN QƏRAR VERSİN

RƏBBİM BİZİ BU QƏDR GECƏSİ DƏ HƏQİQİ İBADƏT EDƏNLƏRDƏN VƏ BAĞIŞLANANLARDAN QƏRAR VERSİN

QƏDR GECƏLƏRİNİN FƏZİLƏTİ

Ramazan ayı 11 ayın sultanıdırsa, əhya gecələri də Ramazan ayının sultanıdır. Qədr gecələrinin fəziləti heç bir müsbət əməllə ölçülməyəcək qədər dəyərli və savabdır. Kim bu gecəni oyaq qalıb ibadətlə məşğul olarsa, Allah-Taala ona min ayın savabını yazar. Bu ayda ediləcək əməllər sırasında qüsl etmək vacib yer tutur. Qüsl edərkən belə niyyət edilməlidir: "Qədr gecəsinin qüslünü edirəm qüdrətən ilallah". Bu qüslün böyük savabı vardır. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq, həqiqətən böyük savabdır. Bunun səbəbi budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram."

Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: "Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm." Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərəfati vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir. Niyyət: "Qədr gecəsinin namazını qılıram qüdrətən ilallah". O, sübh namazı kimi iki rükətlidir. Lakin hər "Həmd" surəsindən sonra 7 dəfə mübarək "İxlas" surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səccadəyə qoyaraq yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyilir. İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allahu-Taala (c.c.) onun özünün və ata-anasının günahlarını bağışlayar". Quranı başa qoyub Allahu-Taalanın (c.c.), peyğəmbərin və imamların adlarına and verməklə Allahu-Taaladan (c.c.) günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahu-Taalanın (c.c.) insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: "Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yolgöstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam". Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: "Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu cəhənnəmə tərəf yönəldər." (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, cəhənnəmə vasil olar).

Quranı başa qoyub Allahu-Taalaya (c.c.) və 14 məsuma and verməyin mənası budur ki, "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm." Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir. Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır: "Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utaikə minən-nar. Əllahummə bihəqqi həzəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink".

Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:

Bikə ya Allah (10 dəfə)

Bi Muhəmmədin (10 dəfə)

Bi Əliyyin (10 dəfə)

Bi Fatimətə (10 dəfə)

Bil Həsəni (10 dəfə)

Bil Hüseyni (10 dəfə)

Bi Əli ibn Huseyn (10 dəfə)

Bi Muhəmməd ibn Əli (10 dəfə)

Bi Cəfər ibn Muhəmməd (10 dəfə)

Bi Musa ibn Cəfər (10 dəfə)

Bi Əli ibn Musa (10 dəfə)

Bi Muhəmməd ibn Əli (10 dəfə)

Bi Əli ibn Muhəmməd (10 dəfə)

Bi Həsən ibn Əli (10 dəfə)

Bil Huccəti (10 dəfə)

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahu-Taaladan (c.c.) günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

İmsak: 05:09

İftar: 21:19

Mübarək Ramazan ayının 19-cu gününün duası: Allahım bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaxşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaxşılıqlarından məhrum etmə, ey aşkar haqqa hidayət edən!

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər