Arif Hacılı ilə Rəsul Quliyev arasındakı biabırçi qarşılqılı ittihamlar günbəgün daha da qızışmaqdadır. Bu dəfə Rəsul Quliyev onu, atalar demişkən, əməlli-başlı yıxıb sürüyüb. R.Quliyev A.Hacılının onun ünvanına səsləndirdiyi ittihamları cavablandırıb: "10 ildir ki, "2003-cü ildə seçkiləri udduq", deyib fəryad edirsiz. Bu primitiv düşüncələrdən azad olmaq lazımdır. İndi sizdən xahiş olunur ki, 1998, 2000, 2005, 2008, 2010-cu illərdə oynadığınız oyunları 2013-cu ildə qırağa qoyun... Bu oyunlar üçün əsas canfəşanlıq edən kənd müxbiridir. Çünki həbsxanadan çıxandan sonra üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməlidir. İndiyə qədər öhdəliklərdən bəzilərini, məsələn, YAP-la birlikdə Avropa Şurasına Azərbaycanda demokratiyanın inkişafını təsdiqləyən sənədə qol çəkilməsini yerinə yetirib, bəzilərini isə yerinə yetirə bilməyib".
Məsələn, İsa Qəmbərin sədrlikdən getməsini təçkil edib, onun yerinə keçmək tapşırığı yerinə yetirilmədi. Çünki ona deyəndə ki, məsələn, Müsavatdan Qubad İbadoğlu da sədrlik uğrunda namizədliyini irəli sürə bilər, təşvişə düşdü, indiki postundan da məhrum olacağından qorxdu.
R.Quliyevin fikrincə, İsa Qəmbərin namizədliyini R.İbrahimbəyovun xeyirinə birmənalı geri götürməsinin alovlu əleyhdarı Arif Ahcılıdır: "Bu, onun növbəti öhdəliyidir, yerinə yetirə bilməsə, ağaları onun üzərindən xətt çəkəcəklər. Mənim qətiyyətli mövqeyim onu birdəfəlik iflasının astanasına sürüyür, ona görə belə haray-həşir salır".
Görünür, Rəsul Quliyevin özünün dediyi kimi adam yerinə qoymadığı, ona çobansayağı cavablar verən Müsavat rəhbərliyi ilə eyni qurumda- "Milli Şura"da təmsil olunması ona baha başa gələcək. R.Quliyevin keçmişdə törətdiyi cinayətlər haqqında məlumatların Müsavat tərəfindən KİV-də tirajlanması, qarşı tərəfin isə yeni kompromotlarla çıxış etməsi artıq "Milli Şura" ideyasının sabun köpüyündən başqa heç nə olmadığını göstərir.
Çoban, kənd müxbiri, satqın, mafioz, buqələmun, həşarat-müxalifətin heç vaxt belə zəngin birliyi olmamışdı. Özləri- özlərini bu qədər aşağılayandan sonra hakimiyyətin bunlara hücumuna nə ehtiyacı var?
Seçki yaxınlaşdıqca "Milli Şura"da təmsil olunanların bir-birllərinə qarşı ittihamları daha da geniş vüsət alacaq. Çünki "Milli Şura"ya "xala xətrin qalmasın" prisipi ilə qoşulan, bir-birlirndən iyrənən, keçmişləri kölgəli, gələcəkləri isə müəmmalı olan bu adamlar heç vaxt düzgün əqidənin daşıyıcıları olmayıblar. Üstəgəl, vahid ideya qıtlığı bunlar üçün həmişə problem olub, kimə və nəyə qarşı müabrizə aparmaq istədikərini 20 ildir aydınlaşdıra bilməyən bu xırdacıqların ən böyük problemləri elə özlərindədir, hər birinin bir fərd olaraq cılızlığındadır.
Günah sizlərdə deyil, günah sizləri 90-cı illərin əvvələrində zibilxanadan tutub icra başçısı qoyanlardadır. Çünki pişiyin əlinə ət düşür, sonra bu ət əlindən çıxır, pişik də bunu bir ömür özünə bağışlaya bilmir.
Harda ağzında ət olan pişik görsələr cırmaq atıb saç yolurlar. Sizə kreslo rahatlığını görsətmək lazım deyildi, 3-5 ay o qədər harınladız ki, 20 ildir bu harınlığın həsrətin çəkirsiniz.
Samir