PDF Oxu

Sosial

  • 61

Şamaxıda aztəminatlı ailələrə bayram sovqatı çatdırılmışdır

Şamaxıda aztəminatlı ailələrə bayram sovqatı çatdırılmışdır

Dekabrın 28-də Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Şamaxı rayonunda yaşayan 165 qəhrəman anaya, Qarabağ uğrunda 70 şəhidin ailəsinə, Böyük Vətən müharibəsinin 34 iştirakçısına bayram sovqatları çatdırılmışdır.

AzərTAc xəbər verir ki, Şamaxıda fəaliyyət göstərən 22 bağçada tərbiyə alan 1145 balacaya da bayram hədiyyələri verilmişdir.

Milli Məclisin deputatı Elxan Süleymanov Kiçik Xınıslı kəndindəki uşaq bağçasında təşkil olunmuş Yeni il bayramı şənliyində iştirak etmişdir. O, həmçinin Şamaxıdakı qərargahında 2011-2013-cü illərdə keçirilmiş M.Ə.Sabirin bədii yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqələrinin qalibləri, son 3 ildə yüksək balla ali məktəblərə daxil olmuş şamaxılı tələbələrlə görüşmüş, onları qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik etmişdir.

AzərTAc

Digər xəbərlər